Mənsur Həqiqətpur - İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədr müavini, general

İranlı deputata Azərbaycanda cinayət işi açılıb

459
(Yenilənib 18:03 17.12.2015)
Mənsur Həqiqətpur Azərbaycan ərazisinə daxil olduğu halda, dərhal həbs ediləcək.

BAKI, 17 dek-Sputnik. İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədr müavini, general Mənsur Həqiqətpurla bağlı Azərbaycanda cinayət işi qaldırılıb və o, bizim ölkənin ərazisinə daxil olduğu halda həbs ediləcək.

Sputnik APA-ya istinadən xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, deputat Siyavuş Novruzov deyib.

Novruzovun sözlərinə görə, İran ordusunun generalı olan M. Həqiqətpur 1993-cü ildə Azərbaycanda fəaliyyət göstərib: "O bizim hərbi hissələrə gedərək Azərbaycana aid hərbi məntəqələrin yerlərini müəyyənləşdirib və gizli ermənilərə ötürüb. Bununla bağlı 1994-cü ildə Azərbaycanın Milli Təhlükəsizlik Naziriyində cinayət işi qaldırılıb. Ona görə də Həqiqətpur Azərbaycana gələ bilmir, çünki gəldiyi təqdirdə həbs olunacaq. Azərbaycan Müdafiə Nazirliyinin o vaxtkı rəhbərliyi onu maşınla da təmin edib. Həqiqətpur o vaxt İranın burada səlahiyyətli hərbi nümayəndəsi olub. İran İslam İnqilabı Keşikçiləri Korpusunun generalı, peşəkar kəşfiyyatçıdır. Həqiqətpurgil Bakının "8-ci kilometr" ərazisində Naxçıvani küçəsi, ev 38 a, mənzil 36-nı 1992-ci il mayın 27-dən kirayələyib, məlumatları da oradan ötürüblər. "QAZ 31" və "Niva" markalı, c 01 57 az nömrəli maşında gəziblər. Onunla işləyən adamlar həbs olunub, ifadələri məndədir. Bu işin, bu dəstənin də başında İran ordusunun generalı Həqiqətpur dayanıb.

O vaxt onunla çalışan insanların izahatları da var, xeyli fakt toplanıb. Onların arasında Azərbaycanın bəzi regionundan, o cümlədən Nardarandan olanlar da var. Onları özü ilə İrana aparıb gətirirmiş. Həmin şəxslər özləri də etiraf edirlər ki, o vaxt Həqiqətpurun dəstəsi İranda onlara təlim keçəndə o təlimlərdə ermənilər də iştirak ediblər. Təlimlər isə Azərbaycana qarşı təxribatlar həyata keçirməkdən ibarət olub. İranda indi də bəziləri Nardarandakı inanclı insanları müxtəlif yolla təsir altına salmaq istəyir".

Novruzovun dediyinə görə, kifayət qədər fakt əsasında toplanmış cinayət işinin araşdırılması hazırda da davam edir və M. Həqiqətpur Azərbaycana daxil olacağı təqdirdə, dərhal həbs ediləcək.

459
Teqlər:
general, İran İslam İnqilabı Keşikçiləri Korpusunun generalı, Nardaran, Mənsur Həqiqətpur, deputat, Yeni Azərbaycan Partiyası, Siyavuş Novruzov, Azərbaycan, İran
ABŞ bayrağı, arxiv şəkli

ABŞ-ın Azərbaycandakı Səfirliyi terror təhlükəsi barədə xəbərdarlıq edib

0
(Yenilənib 22:33 24.10.2020)
Bildirilib ki, səfirlik təhlükəsizliklə bağlı vəziyyəti nəzərdən keçirməyə davam edəcək və ehtiyac olduğu təqdirdə əlavə məlumat verəcək.

BAKI, 24 oktyabr — Sputnik. ABŞ-ın Azərbaycandakı Səfirliyi, "Abşeron J.W. Marriott" kimi otellər də daxil olmaqla, potensial olaraq Bakının digər yerlərində ABŞ vətəndaşlarına və xarici vətəndaşlara qarşı baş verə biləcək terror hücumları və qaçırmalar barədə etibarlı məlumatlar əldə edib.

Sputnik Azərbaycan səfirliyin rəsmi saytına istinad edərək xəbər verir ki, ABŞ vətəndaşlarına amerikalıların və ya əcnəbilərin toplaşa biləcəyi yerlərdə çox ehtiyatla davranmaları tövsiyə olunur.

Xəbərdarlıqda aşağıdakı tədbirlər qeyd edilib:

- Ehtiyatlı və sayıq olun.

- Kütlənin çox olduğu yerlərdən yayının.

- Öz profilinizi büruzə verməyin.

- Ətrafınızdan xəbərdar olun.

- Əcnəbilərin sıx olduğu yerlərdə diqqətli olun.

- Yerli mediayanı diqqətdə saxlayın.

Bildirilib ki, səfirlik təhlükəsizliklə bağlı vəziyyəti nəzərdən keçirməyə davam edəcək və ehtiyac olduğu təqdirdə əlavə məlumat verəcək.

Qeyd edək ki, bir müddət əvvəl Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti ölkəmizdə gözlənilən erməni terroru ilə bağlı vətəndaşlara xəbərdarlıq edib.

0
Məktəb, arxiv şəkli

Uşaqlar hansı yaşdan etibarən maska taxmalıdırlar?

10
Rusiyanın Paster adına Epidemiologiya və Mikrobiologiya Elmi Tədqiqat İnstitutunun mütəxəssisləri belə hesab edirlər ki, 12 yaşdan başlayaraq uşaqlarda virusa qarşı həssaslıq yaranır.

BAKI, 24 oktyabr — Sputnik. Bütün dünyadan koronavirus epidemiyası yayıldığı gündən bu yana hansı yaşdan etibarən uşaqların maska taxmalı olduqları məsələsi də ən çox müzakirə olunan mövzulardan biridir. Rusiyalı ekspert bu suala dəqiq cavab verib.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, mütəxəssislər 12 yaşdan etibarən bütün uşaq və yeniyetmələrin maska taxmasını tövsiyə edirlər. Rusiyanın Paster adına Epidemiologiya və Mikrobiologiya Elmi Tədqiqat İnstitutunun mütəxəssisi belə hesab edir ki, bu yaşdan başlayaraq uşaqlarda virusa qarşı həssaslıq yaranır. Mütəxəssisin sözlərinə görə, bununla belə, uşaqlar COVID-19 virusunun aktiv daşıyıcıları hesab olunmurlar. Müşahidələr göstərir ki, bu virus əksər hallarda uşaqlara böyüklərdən yoluxur.

10