Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Beynəlxalq Bankın Sankt-Peterburq filialında axtarış aparılıb

Abunə olmaq
Rusiyanın hüquq-mühafizə orqanları "Azərbaycan Beynəlxalq Bankı-Moskva"nın Sankt-Peterburq şəhərindəki filialında axtarışlar aparıb.

BAKI, 17 dek-Sputnik. Rusiyanın hüquq-mühafizə orqanları "Azərbaycan Beynəlxalq Bankı-Moskva"nın Sankt-Peterburq şəhərindəki filialında axtarışlar aparıb.

Axtarışlar bu gün səhər yerli vaxtla saat 10.00-da başlayıb.

Sputnik "APA-Economics"ə istinadla xəbər verir ki, bu barədə "Fontanka" portalı məlumat yayıb. Məlumata görə, başlanılan müvafiq cinayət işi çərçivəsində aparılan axtarış tədbirləri pulların qanunsuz olaraq sərhəddən kənara çıxarılması ilə bağlıdır.

Filialın telefonlarına cavab verən yoxdur. Bundan başqa, "bank-müştəri" xidməti də fəaliyyətini dayandırıb.

Bu arada bankın Moskvada yerləşən baş ofisindən bəyan ediblər ki, hazırda Sankt-Peterburq filialında pulköçürmə və digər əməliyyatlar aparmaq mümkün deyil. Bankdan bunu rabitədəki problemlərlə əlaqələndiriblər və əlavə ediblər ki, bu problem 2-3 saata həll olunacaq.

Azərbaycan Beynəlxalq Bankının mətbuat katibi Yadigar Cəfərli isə hüquq-mühafizə orqanları əməkdaşlarının filiala keçmiş müştərilərdən biri haqqında bəzi sənədlərin əldə olunması məqsədilə gəldiklərini bildirib. Onun sözlərinə görə Sankt-Peterburq filialının fəaliyyətində heç bir problem yoxdur.

Xəbər lenti
0