SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Saakaşvili Avakovla dalaşdığı iclasın videosunu paylaşdı

© ren.tvМихаил Саакашвили и Арсен Аваков
Михаил Саакашвили и Арсен Аваков - Sputnik Azərbaycan
Abunə olmaq
Mixail Saakaşvili: Ukrayna xalqı kimlərin ona rəhbərlik etdiyini bilməlidir.

BAKI, 16 dek-Sputnik. Ukraynanın Odessa vilayətinin dövlət administrasiyasının rəhbəri Mixail Saakaşvili öz facebook səhifəsində srağagün prezident yanında Milli İslahat Şurasının iclasında baş verən insidentin videosunu paylaşıb.

Sputnik-in məlumatına görə, Milli İslahat Şurasının iclasında Ukraynanın daxili işlər naziri Arsen Avakov maraqlanıb ki, Saakaşvili niyə Odessa portundakı zavodun özəlləşdirilməsi məsələsində "Uralkim"in (Uralxim) rus oliqarxlarına müraciət edib.

Avakovun sözlərinə görə, bu sualının əvəzində Saakaşvili "isterika qoparıb və qışqırmağa başlayıb". "Halbuki heç kimin mənimlə belə danışmaq ixtiyarı yoxdur" — deyə daxili işlər naziri bildirib. O deyib ki, qubernator iclasda onu korrupsioner adlandırıb, özünü isə təmiz adam kimi xarakterizə edib.

"Mən onu vurmaqdan özümü güclə saxladım, sifətinə su çilədim" — deyə Avakov Saakaşvili tərəfindən təhqir olunduqdan sonra belə etdiyini bildirib.

Daha sonra Avakov Saakaşvilini "köpək", "çirkli fırtıqlı narkoman", "boşboğaz populist", "məsuliyyətsiz boşboğaz", "qanacaqsız gədə", "alçaq cəngavər" kimi epitetlərlə "bəzəyib".

"Sadə bir sual isterika və təhqir doğurdu. Əgər soğan yeməmisənsə, için niyə yanır?" — deyən nazir gürcü qubernatorun öz uğursuz fəaliyyəti ilə istefanı haqq etdiyini bildirib.

Avakovun fikrincə, "Odessa port zavodu açıq surətdə adı üstündə olan Qərb şirkətlərinə satılmalıdır, nəinki xəlvətcə rus oliqarxının ofşor şirkətinə."

Odessa vilayətinin qubernatoru, Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili isə Ukrayna prezidenti administrasiyasından Milli İslahat Şurasının iclasının videoyazısını tam şəkildə yayımlamağı tələb edib.

Bu barədə Saakaşvili özünün "Facebook" səhifəsində yazıb.

"Mən qəti surətdə Prezident administrasiyasının mətbuat xidmətindən bu gün Milli İslahat Şurasının iclasında ölkənin baş naziri və daxili işlər nazirinin təxribatçı, şərəfsiz hərəkətlərini yayımlamağa tələb edirəm. Çəkiliş üç kamera vasitəsilə aparılıb. Ukrayna xalqı kimlərin ona rəhbərlik etdiyini bilməlidir. Mən iclasda dediyim hər bir sözə görə cavab verməyə hazıram" — Saakaşvili yazıb.

Ukrayna Ali Radasının deputatı Sergey Leşşenkonun dediyinə görə, baş nazir Arseni Yatsenyuk Saakaşvilini "qastrolçu" adlandırıb, onu Ukraynadan "rədd olmağa" çağırıb. "Saakaşvili cavab olaraq deyib ki, o, Ukrayna vətəndaşıdır və Yatsenyukdan fərqli olaraq ölkəsini talamayıb. Bütün bunlar prezidentin də iştirak etdiyi iclasda baş verib. Prezident Pyotr Poroşenko əvvəl tərəfləri sakitləşdirməyə çalışıb, sonra isə iclası "rüsvayçılıq" adlandırararq bağlı elan edib" — deyə Leşşenko bildirib.

Sputnik sözügedən videonu təqdim edir.

Жалкую, що довелося назвати Прем'єр-міністра злодієм, але ще більш жалкую, що це правда.Відео, яке мені передали в Адміністрації Президента після моїх наполегливих прохань. На ньому чітко чутно (в кiнцi) як Прем'єр-міністр обзиває мене "гастролером" і "треплом", а його міністр запропонував забратися з "його країни". Я використав слово "злодії" відносно Прем'єр-міністра і міністра внутрішніх справ і від цих слів не відмовляюся. Я люблю Україну і ми позбавимо нашу країну від злодіїв і шахраїв.--Сожалею, что пришлось назвать Премьер-министра вором, но ещё более сожалею, что это правда. Видео, которое мне передали в Администрации Президента после моих настоятельных просьб. На нем чётко слышно (к концу) как Премьер-министр обзывает меня "гастролером" и "треплом", а его министр предложил убраться из "его страны". Я использовал слово "воры" по отношению к Премьер-министру и министру внутренних дел и от этих слов не отказываюсь. Я люблю Украину, и мы избавим нашу страну от воров и жуликов.

Posted by Mikheil Saakashvili on 16 декабря 2015 г.
Xəbər lenti
0