BMT

BMT-nin yeni baş katibi kim olacaq?

238
Təşkilatın üzvü olan 193 dövlətə bununla bağlı məktub göndərilib.

BAKI, 16 dek — Sputnik. BMT-nin yeni baş katibinin kim olacağı ilə bağlı artıq seçki öncəsi kampaniyalara start verilib. Bununla bağlı olaraq təşkilata üzv 193 dövlətə məktub göndərilib.

Sputnik-in məlumatına görə, hazırkı baş katib Pan Gi Munun səlahiyyət müddəti 2016-cı ildə başa çatır. Onu əvəz edəcək şəxs vəzifəsinin icrasına 2017-ci il yanvarın 1-də başlayacaq.

BMT Baş Assambleyasının sədri Moqens Lükketoft artıq iki namizədin olduğunu xəbər verib. Belə ki, Baş Assambleyanın keçmiş sədri, Makedoniyadan olan diplomat Srjan Kerim və Xorvatiyanın xarici işlər naziri Vesna Pusiç artıq öz namizədliklərini irəli sürüblər. 

238
Teqlər:
Makedoniya, Xorvatiyanın xarici işlər naziri Vesna Pusiç, Srjan Kerim, BMT Baş Assambleyası, Moqens Lükketoft, BMT Baş Katibi Pan Gi Mun
Əlaqədar
BMT iqlim konfransı başladı
BMT-dən Avropaya: Qaçqınlarla insan kimi davranın
BMT: Müsəlmanlara qarşı ayrı-seçkilik narahatlıq doğurur
BMT baş katibi ilk dəfə olaraq Şimali Koreyaya səfər edəcək
BMT İraq hesabatını ictimaiyyətə açıqladı
BMT-nin İnsan Haqları Şurasına yeni üzvlər seçilib
BMT komissarı Türkiyəni Avropaya nümunə göstərdi
BMT-nın bu çağırışına təkcə ABŞ və İsrail "yox" dedi
BMT baş katibi İsraildən görün nəyi tələb etdi
BMT İsraillə Fələstini yenə sülh danışıqlarına çağırdı
BMT baş katibinin İsrailə gözlənilməz səfəri nə vəd edir?
BMT Baş Assambleyasının sabiq prezidenti həbs edilib
BMT baş katibi İsraili qınadı və tələb etdi
BMT İlham Əliyevə mükafat verib
BMT: Suriya artıq qlobal problemdir

Pulu əldən ələ verilməsi, arxiv şəkli

On üç bölgə üzrə 190 manatın verilməsi barədə qərar verildi

3
(Yenilənib 21:34 07.08.2020)
5 şəhər və 8 rayonu üzrə 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi ilə bağlı qərar verilib.

BAKI, 7 avqust - Sputnik. Bu gün Azərbaycan Respublikasını Baş Naziri Əli Əsədov Bakı, Sumqayıt, Gəncə,  Mingəçevir,  Yevlax şəhərləri və Abşeron, Cəlilabad, Masallı, Goranboy, Göygöl, Bərdə, Salyan, Xaçmaz rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi haqqında Nazirlər Kabinetinin Qərarını imzalayıb.

Qərarda deyilir:  “Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Koronavirus (COVID-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na əsasən Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Yevlax şəhərləri və Abşeron, Cəlilabad, Masallı, Goranboy, Göygöl, Bərdə, Salyan, Xaçmaz rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəməni almış şəxslərə müvafiq qaydalara uyğun olaraq təkrar yoxlama keçirildikdən sonra 190 manat məbləğində ödəmənin verilməsi birdəfəlik şəkildə həyata keçirilsin”.

3
Nazirlər Kabineti, arxiv şəkli

Hökumət karantin rejiminin daha da yumşaldılması barədə qərar qəbul edib

161
(Yenilənib 21:01 07.08.2020)
Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində 2020-ci ilin avqusutun 10-u saat 00.00-dan etibarən fəaliyyətinə icazə verilən sahələrin sayı artırılıb.

BAKI, 7 avqust - Sputnik. Covid-19 infeksiyasına yoluxmanın dinamikasında müsbət tendensiyanın müşahidə olunması və iqtisadi aktivliyin gücləndirilməsi zərurəti nəzərə alınaraq Nazirlər Kabineti yanında Operativ Qərargah bəzi istehsal, ticarət və xidmət sahələrinin fəaliyyətinə icazə verilməsi haqda qərar qəbul edib.

Nazirlər Kabinetin müvafiq Qərarına əsasən, Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində 2020-ci ilin avqusutun 10-u saat 00.00-dan etibarən fəaliyyətinə icazə verilən sahələrin siyahısına aşağıdakılar əlavə edilir:

-    Açıq havada idman yarışlarının və oyunlarının keçirilməsi;

-    Qeyri-ərzaq mallarının satışını həyata keçirən ticarət obyektələrinin və əhaliyə məişət xidmətləri göstərən obyektlərin (iri ticarət mərkəzləri istisna olmaqla) fəaliyyəti;

-    maşın və avadanlıqların istehsalı;

-    elektrik avadanlıqlarının istehsalı;

-    kompüter, elektron və optik məhsulların istehsalı;

-    avtomobil, qoşqu və yarımqoşquların istehsalı;

-    sair nəqliyyat vasitələrinin istehsalı;

-    poliqrafiya məhsullarının istehsalı;

-    zərgərlik məmulatlarının istehsalı;

-    musiqi alətləri, idman mallarının istehsalı;

-    geyim istehsalı;

-    toxuculuq sənayesi;

-    ayaqqabıların istehsalı;

-    dəri və dəri məmulatlarının istehsalı;

-    tütün məmulatlarının istehsalı;

-    sair sənaye məhsullarının istehsalı.

Aşağıda qeyd olunan sahələr üzrə işə cəlb olunan işçilərin sayına tətbiq edilən 50 faizlik və həmin iş və xidmət sahələri üzrə mülki-hüquqi müqavilə ilə işləyənlərə verilən icazələrin sayının əmək müqaviləsi ilə işləyənlərin ümumi sayının 30 faizindən çox olmaması ilə bağlı məhdudiyyətlər ləğv edilir:

-    Gündəlik baxım və gigiyena vasitələrinin istehsalı;
-    Tikinti və məişət avadanlıqlarının istehsalı və təmiri;
-    Mühəndislik və layihələndirmə xidmətləri; 
-    Qablaşdırma məhsullarının istehsalı;
-    Daş, metal və taxta məhsullarının istehsalı;
-    Mebel istehsalı və təmiri; 
-    Zoomağazalar, o cümlədən heyvanlar üçün yem satış məntəqələri;
-    Tikinti materiallarının və məişət xırdavatlarının satışı məntəqələri; 
-    Onlayn satışlar;
-    Kimyəvi təmizləmə; 
-    Mənzillər istisna olmaqla, yaşayış binalarının təmizlənməsi; 
-    Avtomobillərin təmiri;
-    Avtomobil yuyulma məntəqələri; 
-    Heyvan sığınacaqları;
-    Tərcümə xidmətləri.

Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisinə aşağıdakı şəxslərin giriş-çıxış məsələsi aşağıdakı qaydada həyata keçirilir:

- Yaxın qohumunun dəfnində iştirak etmək istəyən şəxslər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin 102 Xidməti - Zəng Mərkəzi vasitəsilə alınan icazə əsasında;

- Təxirəsalınmaz tibbi zərurətlə və ya qrafik üzrə müalicə almaqla əlaqədar həkim tərəfindən verilən arayış əsasında;

- Beynəlxalq və ölkədaxili uçuşlara müvafiq reys üçün bileti olan şəxslər biletləri əsasında, dövlət sərhədindən müvafiq qaydada ölkəyə daxil olan şəxslərin yaşadıqları və ya olduqları yerə gəlməsinə isə onların pasportuna vurulmuş ştamp əsasında.

Operativ Qərargah vətəndaşlara müraciət edərək bildirir ki, infeksiyanın yayılmasının qarşısının alınması tədbirləri ilə iqtisadi fəaliyyəti sinxronlaşdırmaq üçün sanitar-epidemioloji tələblərə ciddi əməl edilməlidir. Sanitar-epidemioloji tələblərə əməl edilməsi iqtisadi fəaliyyəti davam etdirməyin və daha da genişləndirməyin yeganə üsuludur.

161