Vəkil Elton Quliyev

Azərbaycanın məhşur vəkillərindən biri vəfat edib

104
(Yenilənib 10:45 16.12.2015)
O uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkib.

BAKI, 16 dek — Sputnik. Azərbaycanın məhşur vəkillərindən biri olan Elton Quliyev vəfat edib.

Sputnikin məlumatına, bu barədə “Facebook” səhifəsində vəkil Adil İsmayılov yazıb. Məlumat üçün bildirək ki, vəkil E.Quliyev uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkib.

1956-cı il təvəllüdlü E. Quliyev 1977-1991-ci illərdə Bakı şəhər Daxili işlər idarəsində və Azərbaycan SSR Daxili İşlər Nazirliyində müstəntiq, baş müstəntiq, İstintaq bölməsinin rəisi, istintaq idarəsinin rəis müavini vəzifələrində çalışıb.1991-ci ildə öz istəyilə daxili işlər orqanlarından çıxıb.1996-cı ildən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü olub.

104
Teqlər:
müstəntiq, Azərbaycan Respublikası Vəkillər Kollegiyası, vəkil, Adil İsmayılov, Xərçəng, Bakı, Daxili İşlər Nazirliyi, facebook, xərçəng xəstəliyi, Vəkillər Kollegiyası, Azərbaycan Respublikası Vəkillər Kollegiyası, Azərbaycan SSR Daxili İşlər Nazirliyi, Azərbaycan SSR, vəkil Elton Quliyev, Elton Quliyev, Azərbaycan
Əlaqədar
AXCP Ali Məclisinin sədri Həsən Kərimov vəfat edib
Eldar Ryazanov vəfat edib
"Günəşli" yatağındakı yanğınsöndürən gəminin komandiri vəfat edib
Azərbaycanın xalq artisti vəfat edib