Elmar Məmmədyarov və Səudiyyə Ərəbistanı səlahiyyətlisi

Azərbaycan "İslam İttifaqı"na doğru

55
İran, Səudiyyə Ərəbistanı liderliyindəki bu koalisiyaya qoşulmayacağını açıqlayıb.

BAKI, 15 dek — Sputnik. Azərbaycan "Terrora qarşı İslam İttifaqı"-na qoşula bilər. Səudiyyə Ərəbistanı liderliyində yaradılan bu ittifaqa hazırda Türkiyə də daxil olmaqla 35 ölkə üzv olub. 

Sputnik-ə açıqlama verən Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev, Elmar Məmmədyarovun Səudiyyəli həmkarı ilə bu barədə telefonda müzakirələr apardığını deyib.
"Cənab nazirlə Səudiyyəli həmkarı arasında bu mövzu ilə bağlı telefon danışığı olub. Hazırda müzakirələr davam edir. Və bu istiqamətdə təmaslar davam etdiriləcək" deyə XİN sözçüsü Hikmət Hacıyev qeyd edib.

  

Səudiyyə Ərəbistanının Müdafiə naziri Şahzadə Məhəmməd bin Selman, hədəflərinin sadəcə İŞİD olmadığını, bütün terror təşkilatlarına qarşı mübarizə edəcəklərini deyib.
İran, Səudiyyə Ərəbistanı liderliyindəki koalisiyaya qoşulmayacağını açıqlayıb.

55
Teqlər:
İŞİD, Səudiyyə Ərəbistanının Müdafiə naziri Şahzadə Məhəmməd bin Selman, Səudiyyə Ərəbistanı, Elmar Məmmədyarov, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev, antiterror koalisiyası, İslam İttifaqı, Hikmət Hacıyev, Azərbaycan
Əlaqədar
34 müsəlman dövləti antiterror koalisiyası yaradıb