Əziz Əliyev İlham Əliyevə söz verdi

© edu.gov.azİ.M.Seçenov adına I Moskva Dövlət Tibb Universitetinin Bakı filialının rektoru Əziz Əliyevin kollektivə təqdimatı
İ.M.Seçenov adına I Moskva Dövlət Tibb Universitetinin Bakı filialının rektoru Əziz Əliyevin kollektivə təqdimatı - Sputnik Azərbaycan
Abunə olmaq
Təhsil naziri Mikayıl Cabbarov Əziz Əliyevi kollektivə təqdim edib.

BAKI, 14 dek-Sputnik. Dekabrın 14-də Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə İ.M.Seçenov adına I Moskva Dövlət Tibb Universitetinin Bakı filialının rektoru vəzifəsinə təyin edilmiş Əziz Cəmil oğlu Əliyev bu təhsil müəssisəsinin kollektivinə təqdim olunub.

Sputnik xəbər verir ki, tədbirdə təhsil naziri Mikayıl Cabbarov, İ.M.Seçenov adına I Moskva Dövlət Tibb Universitetinin birinci prorektoru Andrey Svistunov, təhsil müəssisəsinin pedaqoji kollektivi və tələbələr iştirak edib.

Московский государственный медицинский университет имени И. М. Сеченова - Sputnik Azərbaycan
İlham Əliyev Əziz Əliyevi vəzifəyə təyin etdi

Təhsil naziri Əziz Əliyevin İ.M.Seçenov adına I Moskva Dövlət Tibb Universitetinin Bakı filialının rektoru təyin olunması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamını diqqətə çatdırıb və yeni rektora fəaliyyətində uğurlar arzulayıb.

İ.M.Seçenov adına I Moskva Dövlət Tibb Universitetinin birinci prorektoru Andrey Svistunov Əziz Əliyevin bu ali məktəbin Bakı filialının rektoru təyin olunması münasibətilə təbrik edib, ona gələcək işlərində uğurlar arzulayıb.

© edu.gov.azƏziz Əliyev - İ.M.Seçenov adına I Moskva Dövlət Tibb Universitetinin Bakı filialının rektoru
Əziz Əliyev - İ.M.Seçenov adına I Moskva Dövlət Tibb Universitetinin Bakı filialının rektoru - Sputnik Azərbaycan
Əziz Əliyev - İ.M.Seçenov adına I Moskva Dövlət Tibb Universitetinin Bakı filialının rektoru

"Mənə göstərilən bu yüksək etimada görə Prezident İlham Əliyevə minnətdarlığımı bildirirəm. Söz verirəm ki, üzərimə düşən vəzifəni yüksək səviyyədə yerinə yetirmək üçün var gücümlə çalışacağam" — deyə Əziz Əliyev kollektiv və təhsil nazirinin qarşısındakı çıxışında bildirib.

Əziz Cəmil oğlu Əliyev 1991-ci ildə Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika işi fakültəsinə daxil olub və 1992-1999-cu illərdə təhsilini ABŞ-ın Nyu-York Universitetində davam etdirib. 1999-2002-ci illərdə ABŞ-ın Pitsburq Tibb Universitetininin rezidenturasında oxuyub. Həmin ölkədə müdafiə edərək 2003-cü ildə tibb elmləri namizədi, 2008-ci ildə isə tibb elmləri doktoru alimlik dərəcələrini alıb, professordur.

Xəbər lenti
0