Təhsil naziri Mikayıl Cabbarov

Mikayıl Cabbarov məşhur müşavirini işdən çıxarıb

115
(Yenilənib 23:30 14.12.2015)
İlham Pirməmmədov Azərbaycan Texniki Universitetinin Elmi işlər üzrə prorektoru vəzifəsinə təyin edilib.

BAKI, 14 dek-Sputnik. Təhsil naziri Mikayıl Cabbarov müşaviri İlham Pirməmmədovu tutduğu vəzifədən azad edib.

Sputnik Təhsil Nazirliyinə istinadən xəbər verir ki, nazir İlham Pirməmmədovu Azərbaycan Texniki Universitetinin Elmi işlər üzrə prorektoru vəzifəsinə təyin edib.

İlham Pirməmmədov əvvəllər Təhsil Nazirliyi Aparatının rəhbəri olub. Misir Mərdanov təhsil naziri vəzifəsindən çıxarılandan sonra onun təyin etmiş olduğu xeyli adam TN-dəki postunu itirmişdi. İ.Pirməmmədov isə nazirin müşaviri postuna təyin edilmişdi.

115
Teqlər:
Elmi işlər üzrə prorektor, Azərbaycan Texniki Universiteti, Təhsil Nazirliyi, İlham Pirməmmədov, Mikayıl Cabbarov, Azərbaycan
Əlaqədar
Mikayıl Cabbarov: dərsliklə bağlı vəziyyət bizi qane edə bilməz
Təhsil naziri Mikayıl Cabbarova yeni vəzifə verilib
Döşəmədə kişi meyiti, arxiv şəkli

Məşhur prokurorun qaynını yaşadığı evdə qətlə yetiriblər

2
(Yenilənib 19:09 24.09.2020)
Xətai rayonunun sabiq prokuroru Yusif İldırımzadənin qaynı yaşadığı evdə - Bakının Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsi ev 57A ünvanında qətlə yetirilib.

BAKI, 24 sentyabr — Sputnik. Azərbaycanın paytaxtında növbəti qanlı cinayət baş verib.

Sputnik Azərbaycan-a Nərimanov rayon prokurorluğundan verilən məlumata görə, sentyabrın 24-də saat 16 radələrində paytaxtın Nərimanov rayonu ərazisində, 1948-ci il təvəllüdlü Tağıyev Tahir Abbas oğlunun yaşadığı evdə üzərində kəsilmiş-deşilmiş bədən xəsarətləri olan meyitinin aşkar olunması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Dərhal prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, o cümlədən təxirəsalınmaz prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək istintaqa cəlb edilməsi istiqamətində intensiv istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Qeyd edək ki, Tahir Tağıyev Xətai rayonunun sabiq prokuroru Yusif İldırımzadənin qaynıdır.

2
MDU, arxiv şəkli

Rusiyada oxumağa gedənlərə müjdə: kvota iki dəfə artırılacaq təqaüdlər gözlənilir

3
(Yenilənib 18:37 24.09.2020)
Rusiyanın "Rossotrudniçestvo" agentliyinin rəhbəri Yevgeni Primakov hesab edir ki, yaxın xaric və Baltikyanı ölkələrdən olan abituriyentlərə Rusiya universitetlərində pulsuz yerlərin verilməsi formatı islah olunmalıdır.

BAKI, 24 sentyabr — Sputnik, Aleksey Stefanov. Rusiya Dövlət Dumasının deputatı Yevgeni Primakov bu il iyunun sonunda "Rossotrudniçestvo" agentliyinin rəhbəri təyin edilib. O, dərhal Rusiya agentliyinin fəaliyyətində ciddi dəyişikliklər vəd edib.

“Rossotrudniçestvo”nun yeni rəhbəri Rusiyanın ali məktəblərində xarici vətəndaşların təhsil alması üçün kvotaların ayrılması sistemini ağrılı mövzulardan biri kimi qeyd edib.

"Kvotaların sayı artacaq. Prezident deyib ki, onların sayı daha çox olacaq. 2023-cü ilə qədər kvotaların sayı iki dəfə artmalıdır. Amma biz Təhsil və Elm Nazirliyindən, Dövlət Dumasından olan həmkarlarımızla müzakirə edirik ki, kvota ilə bağlı söhbət özü o qədər də səmərəli deyil", – Primakov Sputnik agentliyinə bildirib.

O, Belarusu nümunə gətirib – bu ölkə üçün ali məktəblərdə çox sayda büdcə yerləri ayrılıb, lakin Rusiya üçün "hətta Polşa ilə rəqabət aparmaq çətindir".

"Polyaklar yalnız oxumağa imkan vermir, həm də bəzi təqaüdlər, tələbələr üçün qrantlar ayırırlar. Biz əgər uşaqlara yalnız gəlmək və oxumaq təklif ediriksə, rəqabət aparmaq çətindir. Sistemi təkmilləşdirmək lazımdır ki, müəyyən məqamda heç olmasa bu kvotaların bir hissəsində qrantlar və təqaüdlər komponenti olsun. Yalnız "gəl oxu" yox, həm də təyyarə bileti, ev və ya yataqxana haqqını ödəmək imkanı olmalıdır", – Primakov bildirib.

O deyib ki, "Rossotrudniçestvo" əcnəbi tələbələrin Rusiyaya gələrək təhsil aldıqları sahədə yüksək səviyyəli mütəxəssis və ekspert olmalarında, təhsil alandan sonra isə evə qayıdaraq orada onlar üçün əhəmiyyətli mövqe tutmasında, yaxşı işlərinin olmasında maraqlıdır. Lakin indiki sistemdə bu planları həyata keçirmək tez-tez mümkün olmur.

“Rusiyaya gələn uşaqlar var ki, onlar ağır şəraitə düşürlər, dalandar, taksi sürücüsü kimi işləməyə gedirlər. Bu, hətta bizim büdcə vəsaitlərimizin bu uşaqların təhsilinə xərclənməsi baxımından da düzgün deyil", – Primakov bildirib.

O, əlavə edib ki, hələ ki kvotaların ayrılması sistemində islahatların aparılması ilə bağlı aydın planlar yoxdur, problem hələ yalnız müzakirə olunur. Lakin Primakov əmindir ki, islahatsız artıq olmaz.

Xarici tələbələr üçün büdcə yerlərinin 15 mindən 30 minə artırılması məsələsi 2020-ci ilin əvvəlində Dövlət Dumasında geniş müzakirə olunub. Həmin vaxt Dumanın MDB İşləri, Avrasiya İnteqrasiyası və Həmvətənlərlə Əlaqələr Komitəsinin sədri Leonid Kalaşnikov 15 min yerin Rusiyanın beynəlxalq roluna və humanitar qüvvəsinə uyğun gəlmədiyini deyib. O da təkcə Belarus vətəndaşları üçün 10 min büdcə yeri ayıran Polşanı və hər il 5 min Moldova vətəndaşını pulsuz oxudan Rumıniyanı nümunə gətirib. Halbuki Rusiyada təhsil almaq üçün müraciət edən əcnəbilərin sayı 100 min nəfərə yaxındır. Nəticədə, Təhsil və Elm Nazirliyi əcnəbi tələbələr üçün kvotaların sayını 30 min nəfərə qədər artırmağı planlaşdırır.

 

3
Teqlər:
Rossotrudniçestvo, Yevgeni Primakov