Roket krüvazörü

Qara dənizdə rus-türk münaqişəsi baş verib

20
Türkiyə bayrağı altında üzən naməlum gəmi Rusiyaya məxsus "Çernomorneftqaz" qazma qurğusunun yerdəyişməsinə mane olub.

BAKI, 14 dek-Sputnik. Türkiyə bayrağı altında üzən naməlum gəmi Rusiyaya məxsus "Çernomorneftqaz" qazma qurğusunun yerdəyişməsinə mane olub.

Sputnik-in xəbərinə görə, qazma qurğusunun yerdəyişməsi zamanı türk bayrağı altında üzən ticarət gəmisi istiqamətini dəyişməyərək qəza vəziyyəti yaradıb.
Guya türk gəmisinin kapitanı radiomübadilə zamanı çağırışlara cavab verməyib. Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin keşikçi kateri və Qara dəniz donanmasının raket kateri türk bayrağı altında üzən gəmini kursunu dəyişməyə məcbur ediblər.

Rusiya Müdafiə Nazirliyinin açıqlamasına əsasən dekabrın 13-də Egey dənizində Rusiyaya məxsus hərbi gəmi Türkiyə balıqçı gəmisinə xəbərdarlıq atəşi açıb.

20
Teqlər:
bayraq, türk, Egey dənizi, Rusiya Müdafiə Nazirliyi, Qara dəniz, Qara dəniz donanması, Rusiya, Çernomorneftqaz, Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidməti, Türkiyə
Əlaqədar
Rusiyanın hərbi gəmiləri İstanbulda
Rusiya sualtı gəmisi Aralıq dənizinin Suriya sahillərinə çatıb