Hürriyet Gazetesi'ne saldırı

Ankarada "Hürriyət" qəzetinin redaksiyasının şüşələri qırılıb

21
Hadisənin silahlı basqın olduğu ehtimal edilsə də, olay yerindən silah izləri və güllə tapılmayıb.

BAKI, 13 dek-Sputnik. Ankarada "Hürriyət" qəzetinin redaksiyasının yerləşdiyi ofis atəşə tutulub.

Eskişehir Yolundakı Doğan Medya Mərkəzinin yola baxan bölümündəki 7 pəncərə, axşam saatlarında partlayıb. Hadisə yerinə çoxlu polis dəstələri cəlb edilib.

İlkin xəbərlərdə hadisənin silahlı hücum olduğu ehtimalı üzərində dayanılıb. Ancaq sonra aparılan araşdırmalarda hər hansı bir silahlı hücumun izinə rast gəlinməyib.

Hürriyət qəzetinin Ankara Təmsilçisi Dəniz Zeyrek, hadisə ilə bağlı açıqlama verib. "Aparılan kriminal araşdırma nəticəsində hər hansı silahlı hücumun izinə rast gəlinmədi. Şüşələrin qırılmasını, isti, soyuq, ya da binanın tikilişi zamanı yol verilmiş hansısa problemdən qaynaqlandığı ehtimalı var" — deyə Zeyrek bildirib.

Binanın şüşələrinin qoşa və gülləkeçirməz olduğunu vurgulayan Zeyrek, bayır tərəfdəki şüşələrin qırıldığını, içəridəki şüşələrdə hər hansı qırığın olmadığını söylədi.

Asayiş keşikçiləri də hadisə yerində araşdırma aparıldığı, lakin hər hansı odlu silah gülləsinə rast gəlinmədiyini bildirib.

Hadisənin binanın tikilişi ilə əlaqədar olduğu və bu il ərzində 2-3 dəfə şüşələrin partladığı qeyd edilib.

Ankara valiliyi hadisə ilə bağlı belə bir açıqlama verib:
"Media orqanlarında 12.12.2015 tarixində saat 17.00 radələrində Ankaradakı Doğan Medya Center binasına silahlı basqın olduğuna dair xəbərlər yer almaqdadır. Asayiş keşikçiləri tərəfindən hadisə yerində aparılan ilkin araşdırmada olayın silahlı basqın olduğuna dair bir dəlilə rast gəlinməyib. Göstərilən saatda binanın şüşələrinin qırılmasının isti və ya soyuqdan, ya da binanın tikiliş quruluşundan qaynaqlandığı ehtimalları üzərində iç gedir."

Olaydan sonra binaya gələn "Hürriyət"in baş redaktoru Sədat Ergin deyib:

"Bu mərhələdə deyə biləcəyimiz tək şey binanın ön hissəsində müxtəlif mərtəbələrdəki yeddi ayrı şüşə panelinin patlamış olmasıdır. Patlayışın səbəbləri barədə hələ dəqiq məlumata malik deyilik. Bunun kənardan bir müdaxiləmi, yoxsa binanın özündən qaynaqlanan bir halmı olduğu araşdırma raportuyla üzə çıxacaq. Ankara Emniyet Müdiri ilə görüşdüm. Binada ballistik incələmə aparılır və kamera qeydləri araşdırılır."

21
Teqlər:
Doğan Medya Center, "Hürriyət" qəzeti, kamera qeydləri, kamera, Ankara Emniyet Müdiri, Sedat Ergin, Ankara Təmsilçisi Dəniz Zeyrek, Doğan Medya Mərkəzi, Ankara
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli

Ərdoğan: “Yuxarı sinif şagirdləri üçün əyani təhsil bərpa olunacaq”

8
Restoran, kafe və bu kimi ictimai iaşə müəssisələri çox yüksək riskli (qırmızı) vilayətlər istisna olmaqla səhər 7-dən axşam 19.00-dək 50 faiz fəaliyyətlərini bərpa edəcəklər. 

BAKI, 1 mart - Sputnik. “Türkiyədə ÇOVID-19-la mübarizə tədbirləri ilə əlaqədar yeni nəzarətli normallaşma mərhələsi başlayır”. 

APA-nın xəbərinə əsasən, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetindəki növbəti toplantısından sonra bildirib.

Prezident deyib ki, Türkiyədə yeni növ koronavirus infeksiyasının yayılması mavi, sarı, narıncı, qırmızı (zəif, orta, yüksək və çox yüksək) rənglərlə fərqləndirilməklə mübarizə tədbirləri bu dərəcələrə uyğun aparılacaq. 

Zəif və orta riskli ərazilərdə koronavirusla mübarizə tədbirləri ilə əlaqədar sərtləşdirilmiş qaydalar ləğv ediləcək, infeksiyanın yayılması yüksək və çox yüksək olan ərazilərdə isə yayılma dərəcəsinə görə, qaydalar ya saxlanılacaq, ya da daha çox sərtləşdiriləcək. 

Zəif və orta riskli ərazilərdə həftəsonu küçəyə çıxma qadağası yalnız bazar günlərinə şamil ediləcək, şənbə günləri bu məhdudiyyət ləğv olunacaq, axşam saat 21.00-dan səhər saat 5-dək ölkə boyu küçəyə çıxma məhdudiyyəti isə saxlanılacaq. 

Ərdoğan deyib ki, ölkədə 8-ci sinifdən başlayaraq yuxarı sinif şagirdləri üçün ənənəvi əyani təhsil bərpa olunacaq, zəif və orta riskli ərazilərdə isə ibtidai siniflər də daxil məktəblər açılacaq. 

Restoran, kafe və bu kimi ictimai iaşə müəssisələri çox yüksək riskli (qırmızı) vilayətlər istisna olmaqla səhər 7-dən axşam 19.00-dək 50 faiz fəaliyyətlərini bərpa edəcəklər. 

Yaşı 65-dən yuxarı olanlar və 21 yaşdan aşağı kateqoriyaya daxil olan gənclərin küçəyə çıxma məhdudiyyətləri zəif və orta riskli yerlərdə ləğv edilsə də, yüksək riskli yerlərdə bu qaydalar saxlanılacaq, çox yüksək riskli yerlərdə isə əksinə, artırılacaq. 

Qeyd edək ki, Türkiyənin eyni nəzarətli normallaşma mərhələsinə görə, böyük şəhərlərdə Şanlıurfa, Dyarbəkir zəif (mavi) risk,  Ankara, Manisa orta (sarı) risk, İstanbul və İzmir yüksək (narıncı) risk, Konya isə çox yüksək (qırmızı) risk qrupuna daxildir.

8
A journalist makes a video of the Instagram logo

"Instaqram"da yeni funksiya yaradılır

11
İstifadəçilər “Live Rooms”un yardımı ilə müxtəlif interaktiv funksiyalardan istifadə edə biləcəklər.

BAKI, 1 mart - Sputnik. Instagram sosial şəbəkəsi “Live Rooms” funksiyasını istifadəyə verəcək.

Bu barədə “Report” şirkətin saytına istinadən xəbər verir.

Qeyd edilir ki, yeni proqram dörd nəfərə qədər istifadəçini birbaşa yayıma qoşmağa imkan yaradacaq.

"Bu gün sizə dörd nəfərə qədər istifadəçiyə Instaqramda birbaşa yayım aparmağa imkan verəcək “Live Rooms” funksiyasını təqdim edirik. Əvvəl birbaşa yayımı yalnız bir nəfərlə apara bilirdiniz, amma indi sizə birbaşa yayımınızı "üçqat artırmağa" imkan veririk", - xəbərdə deyilir.

Şirkət həmçinin qeyd edib ki, funksiya daha çox biznes qurmaq və pul qazanmaq imkanları yaradacaq. İstifadəçilər “Live Rooms”un köməyi ilə müxtəlif interaktiv funksiyalardan istifadə edə bilərlər. Bunlar arasında birbaşa yayımda alqı və vəsait yığımı da var.

“Live Rooms” funksiyası yaxın vaxtlarda bütün dünyada mümkün olacaq.

11