Türkiyə hərbçilərini İraqdan geri çəkməyəcək

© Murat Cetinmuhurdar/Pool Photo via APƏrdoğan Prezident Sarayında
Ərdoğan Prezident Sarayında - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan: Bizim hərbçilər İraqa təlimatçı qismində gedib, onların fəaliyyəti təlimlə kifayətlənir.

BAKI, 10 dek-Sputnik. Türkiyənin hərbçilərini İraqdan geri çağırmaq niyyəti yoxdur. 

Sputnik-in məlumatına görə, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan bu gün Ankarada keçirdiyi mətbuat konfransında belə deyib.

"İraqın baş naziri Heydər əl Abadi 2014-cü ildə Ankaraya səfəri zamanı İraq hərbçiləri və polislərinə təlim keçirilməsinə dair müraciət edib. Bizim hərbçilər İraqa təlimatçı qismində gedib, onların fəaliyyəti təlimlə kifayətlənir. Təlim iştirakçılarının sayından asılı olaraq, təlimatçıların sayı dəyişə bilər. Hazırda hərbçilərimizin İraqdan çıxarılması barədə söhbət getmir" — deyə Ərdoğan bildirib.

Prezident əlavə edib ki, dekabrın 21-də Türkiyə, Şimali İraq Kürd Muxtariyyəti və ABŞ arasında görüş baş tutacaq. Görüşdə İraqdakı vəziyyət müzakirə ediləcək.

Xəbər lenti
0