Nobel Sülh Mükafatı - 2015-Tunis milli dialoq Kvarteti

Bu ilin Nobel Sülh Mükafatı sahibinə təqdim edildi

22
Kaci Kullmann Five: "Builki təltif hazırda mövcud olan müharibə və qarşıdurma şəraitində əsl sülh mükafatını təcəssüm edir.

BAKI, 10 dek-Sputnik. Norveçin paytaxtı Oslo Şəhər Ratuşasında keçirilən mərasimdə bu ilki Nobel Sülh mükafatı laureatı olan "Tunis milli dialoq Kvarteti" təşkilatının fəallarına bu ölkənin Kralı V Haraldın iştirakı ilə üzərində Nobelin təsvir edildiyi qızıl medal, diplom və pul mükafatları təqdim olunub.

Tədbirdə Norveç Kral ailəsi, ölkənin Baş naziri, hökumət üzvləri də iştirak ediblər.

Mərasimdə çıxış edən Norveçin Nobel Komitəsinin rəhbəri Kaci Kullmann Five deyib: "Builki təltif hazırda mövcud olan müharibə və qarşıdurma şəraitində əsl sülh mükafatını təcəssüm edir. Biz təlatümlü dövrdə yaşayırıq, Şimali Afrika, Yaxın Şərq və Avropada milyonlarla insan müharibədən əziyyət çəkir, terrordan və zülmdən qaçmağa məcburdur. Əgər hər bir ölkə Tunisdə dialoqa, tolerantlığa, demokratiyaya və bərabər hüquqlara zəmin yaratsaydı daha az insan qaçmağa məcbur olardı".

Qeyd edək ki, "Kvartet" bu mükafata 2011-ci ildə Tunisdə baş verən inqilabdan sonra ölkədə milli dialoqun və plüralist demokratiyanın yaradılmasına töhfəsinə görə layiq görülüb.

"Kvartet"ə Tunis vətəndaş cəmiyyətinin dörd mühüm təşkilatı daxildir. Tunis vətəndaşları, siyasi partiyaları və hakimiyyət orqanları arasında dialoq məhz bu təşkilat sayəsində mümkün olub. Təşkilat 2013-cü ildə yaradılıb və geniş əhatəli milli dialoq sayəsində Tunisdə zorakılıq dalğasını dayandıra bilib.

Mükafatlandırma mərasimindən sonra qonaqlar üçün rəsmi bayram ziyafəti təşkil olunub.

22
Teqlər:
Baş nazir, Norveç Kral ailəsi, Kvartet, Tunis, Avropa, Yaxın Şərq, Şimali Afrika, Tunis milli dialoq Kvarteti, Oslo Şəhər Ratuşası, Norveçin Nobel Komitəsinin rəhbəri Kaci Kullmann Five, Oslo, Norveç
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Ağdam şəhərində

Prezident İlham Əliyev Ağdamda Azərbaycan bayrağını ucaldıb - VİDEO

12
(Yenilənib 21:04 23.11.2020)
Səfər zamanı Prezident və Birinci xanım Ağdam Cümə məscidində olublar. Həmçinin Prezident İlham Əliyev Ağdamda Azərbaycan bayrağını qaldırıb.

BAKI, 23 noyabr — Sputnik. Noyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Ağdam şəhərində olublar.

Səfər zamanı Prezident və Birinci xanım Ağdam Cümə məscidində olublar. Həmçinin Prezident İlham Əliyev Ağdamda Azərbaycan bayrağını qaldırıb.

Ağdam rayonu Ermənistan silahlı qüvvələri tərəfindən noyabrın 20-də üçtərəfli bəyanatın şərtlərinə əsasən azad edilib.

Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 9-da imzalanıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə bəyanat veriblər.

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-dək Azərbaycan Respublikasına qaytarılır. 2020-ci il noyabrın 15-də Azərbaycan Respublikasına Kəlbəcər rayonu, dekabrın 1-də Laçın rayonu qaytarılır. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılır.

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

12
Teqlər:
Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva, Cümə məscidi, Üçtərəfli bəyanat, Azərbaycan bayrağı, Ağdamın azad olunması
Tibbi maskada olan qızlar, arxiv şəkli

Koronavirusla mübarizəyə həsr olunmuş beynəlxalq fotomüsabiqə elan olunub

6
Müsabiqə dünyanın bütün yerlərindən olan peşəkar fotomüxbirlər üçün açıqdır. Kütləvi informasiya vasitələrində çalışan peşəkar xəbər fotoqrafları müsabiqədə iştirak edə bilər.

BAKI, 23 noyabr — Sputnik. Rusiyanın TASS agentliyinin təşkilatçılığı ilə "Koronavirusla mübarizəyə həsr olunmuş xəbərlər üzrə foto mükafatları" müsabiqəsi elan olunub.

Sputnik Azərbaycan xəbər verir ki, müsabiqə dünyanın bütün yerlərindən olan peşəkar fotomüxbirlər üçün açıqdır. Kütləvi informasiya vasitələrində çalışan peşəkar xəbər fotoqrafları müsabiqədə iştirak edə bilər.

Bu, COVID-19 pandemiyası ilə mübarizə mövzusuna həsr olunmuş beynəlxalq fotomüsabiqədir. Təqdim edilən fotoşəkillər yalnız pandemiya ilə əlaqəli olmalıdır. Müsabiqənin şərtlərinə görə yalnız əvvəllər mediada yayımlanan fotoşəkillər keçərlidir.

Birinci yerin qalibinə 10 min dolları veriləcək.

Ətraflı məlumat almaq və müraciət etmək üçün https://npacontest.com/ ünvanına daxil olun

6
Teqlər:
müsabiqə, COVID-19, Koronavirus