Dərmanlar

Apteklərdə reyd keçirilib, çoxlu qanunsuzluqlar aşkarlanıb

57
2874 qutu qeydiyyatsız və dövlət nəzarətindən keçməmiş dərman preparatları satışdan çıxarılıb.

BAKI, 10 dek-Sputnik. Cari il ərzində 113 aptekdə reydlər aparılıb. Nəticədə 4 aptekin qanunsuz fəaliyyət göstərməsi müəyyənləşib.

Sputnik xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin direktoru Murad Süleymanov deyib. O bildirib ki, həmin apteklərin fəaliyyəti dayandırılıb, sahiblərinə qanunvericiliyə uyğun olaraq protokollar tərtib edilib.

Direktorun sözlərinə görə, qeydiyyatsız dərman vasitələrinin satışı, habelə reseptlə satışı aparılmalı olan dərman vasitələrini reseptsiz satan iki aptekin fəaliyyəti dayandırılıb, bir aptekin lisenziyası alınıb.

M. Süleymanov qeyd edib ki, cari il aparılan yoxlamalar nəticəsində əczaçılıq bazarından 835 adda 2874 qutu qeydiyyatsız və dövlət nəzarətindən keçməmiş dərman preparatları satışdan çıxarılıb.

57
Teqlər:
protokol, Səhiyyə Nazirliyi, qanunsuz dərmanlar, aptek, dərman, Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi, Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin direktoru Murad Süleymanov
Amerikalı aktyor Tom Kruz, arxiv şəkli

Sənət qurban tələb edir - 111 illik körpünü partladacaqlar

2
"Çətin tapşırıq 7" filminin Polşadakı çəkilişləri aprel ayında başlayacaq. Ekran işinin premyerası 18 noyabr 2021-ci il tarixinə planlaşdırılır

BAKI, 13 avqust — Sputnik. Tom Kruzun baş rolda çəkildiyi "Çətin tapşırıq 7" ("Mission Impossible 7") filminin yaradıcı heyəti ekran işi üçün 111 il əvvəl Polşanın Pilxovice kəndində inşa edilmiş körpünü partlatmaq istəyir.

Hakimiyyət artıq buna razılıq versə də, yerli sakinlər qərarın əleyhinə çıxırlar.

Polşa mədəniyyət nazirinin müavini Pavel Levandovskinin sözlərinə görə, körpü artıq istismardan çıxıb və heç bir tarixi dəyər daşımır. Onun fikrincə, çəkilişlərdə körpüdən istifadə dünya ictimaiyyətinin diqqətini ölkəyə cəlb edə bilər.

Xatırladaq ki, "Paramount Pictures" kino şirkəti fevral ayında çəkilişləri dayandırmışdı. Bu addımı Appenin yarımadasında yayılan koronavirus səbəbindən atmışdı. "Çətin Tapşırıq 7" ("Mission Impossible 7") filminin İtaliyanın Venesiya şəhərindəki çəkilişləri zamanı baş rolun ifaçısı ilə yanaşı, digər aktyorlar da koronavirus şübhəsi ilə karantinə götürülmüşdü. Hollivud ulduzu Tom Kruzun baş rolda yer aldığı filmin bəzi səhnələri Venesiyada lentə alınmalı idi. Plana uyğun olaraq çəkiliş qrupu Venesiyada üç həftə keçirməli idi.

Qeyd edək ki, "Çətin tapşırıq 7" filminin Polşadakı çəkilişləri aprel ayında başlayacaq. Ekran işinin premyerası 18 noyabr 2021-ci il tarixinə planlaşdırılır

2
İstanbul mənzərəsi, arxiv şəkli

Türk xalqının seçimi Azərbaycanın da xeyrinə olacaq - SORĞU

72
(Yenilənib 19:25 13.08.2020)
Türkiyədə prezident seçkiləri ilə bağlı keçirilən "Cumhurbaşkanı kim olsun" sorğu anketində muxalifətçi seçicilər Mansur Yavaşa üstünlük veriblər.

BAKI, 13 avqust — Sputnik. Türkiyənin ADA araşdırma şirkəti seçicilərin ölkənin növbəti prezidenti postunda kimi görmək istədiklərinə aydınlıq gətirmək məqsədilə sorğu keçirib. Sputnik Azərbaycan Türkiyə mediasına istinadla xəbər verir ki, "Cumhurbaşkanı kim olsun" anketində muxalifətdən olan seçicilər Mansur Yavaşa üstünlük veriblər.

ADA-nın sorğu anketlərinin nəticələrinə əsasən, birinci yerdə rəqiblərindən böyük səs fərqi ilə hazıkı prezident Rəcəb Tayyib Ərdoğan qərarlaşıb. Muxalif təbəqənin seçimi isə Ankara Böyükşəhər Bələdiyyəsinin başqanı Mansur Yavaş olub. İstanbulun Bələdiyyə Başqanı Əkrəm İmamoğlu Yavaşdan sonra üçüncü sırada yer alıb.

Sorğu anketlərinin nəticələrinə görə, Ərdoğanın ən yaxın rəqibi Mansur Yavaş hesab olunub.

Son dövrlərdə Türkiyədə gündəmdən düşməyən erkən seçkilərlə bağlı müzakirələr ictimai rəyi öyrənən sorğu şirkətlərini də hərəkətə gətirib. Keçirdiyi sorğunun nəticələrini ictimaiyyətlə paylaşan son şirkət ADA olub. Şirkət apardığı anket sorğuda respondentlərə "Bu bazar günü prezident seçkiləri olsa, hansı namizədə səs verərsiz?" sualını ünvanlayıb. Sorğuların nəticələrinə görə, Ərdoğan ümumi səslərin 43,2 faizini toplayaraq birinci olub. İkinci yerdə qərarlaşan Mansur Yavaş isə səslərin 14%-ni qazanıb.

İstanbul Büyükşəhər Bələdiyyəsinin başqanı seçiləndən sonra kulislərdə muxalifətin prezidentliyə namizədi kimi adı hallanan Əkrəm İmamoğlu isə respondentlərin yalnız 13.8%-nin rəğbətini qazanıb.

Sorğunun nəticələrinə görə, İyi Partinın lideri Meral Akşənər dördüncü (6,8%), HDP lideri Səlahəddin Dəmirtaş (5,7%) beşinci, MHP lideri Dövlət Baxçalı (4,2%) altıncı, prezidentliyə keçmiş namizəd, CHP üzvü Məhərrəm İncə (3,7%) yeddinci, DSP sədri Əli Babacan (3,4%) səkkizinci, sabiq xarici işlər naziri Əhməd Davudoğlu (1,7%) doqquzuncu, ana müxalifət partiyası CHP-nin lideri Kamal Kılıcdaroğlu (1,2%) isə onuncu yerdə qərarlaşıb.

72