SOCAR-ın “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündəki qəzada həlak olmuş neftçilərin dəfni

"Günəşli" yatağındakı qəzada həlak olan iki neftçi dəfn edilib

223
(Yenilənib 13:30 08.12.2015)
Neftçilər bu gün Xudat və Qubada torpağa tapşırılıblar.

BAKI, 8 dek-Sputnik. SOCAR-ın "Günəşli" yatağındakı 10-cu dərin dəniz özülündə baş verən yanğın nəticəsində həlak olmuş iki neftçi bu gün Xudat və Qubada dəfn olunub.

Sputnik APA-ya istanadən xəbər verir ki, xilasedicilər tərəfində meyiti tapılan Xaçmaz rayonu, Köhnə Xudat kənd sakini, 1968-ci il təvəllüdlü Mahmudov Ağa İzzət oğlu doğulduğu kənddə torpağa tapşırılıb. Dəfn mərasimində Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev, SOCAR-ın nümayəndələri də iştirak edib.

Quba rayon sakini, 1984-cü il təvəllüdlü Mayılov Samir Cahangir oğlu isə Qubanın Alpan kəndində basdırılıb.

223
Teqlər:
Şəmsəddin Xanbabayev, Quba rayonu, Köhnə Xudat, Xaçmaz rayonu, "Günəşli" yatağı, "Günəşli" yatağındakı 10-cu dərin dəniz özülü, SOCAR, Mahmudov Ağa İzzət oğlu, Mayılov Samir Cahangir oğlu, Xudat, Quba, Xaçmaz
Mövzu:
Günəşli neft platformasında yanğın (59)
Ukrayna Prezidenti Vladimir Zelenski, arxiv şəkli

Zelenskidən Putinə təklif: Donbasda görüşək

3
Bundan öncə Zelenski bildirib ki, Kiyevi beynəlxalq tərəfdaşları dəstəkləyirlər və onlar Ukraynanın cənub-şərqindəki vəziyyətə görə Moskvaya qarşı daha sərt sanksiyalar hazırlayırlar.

BAKI, 20 aprel - Sputnik. Ukrayna Prezidenti Vladimir Zelenski rusiyalı həmkarı Vladimir Putinə Donbasda görüşməyi təklif edir. 

Sputnik Azərbaycan bu barədə RİA Novosti-yə istinadən məlumat verir. 

"Cənab Putin, mən sizə Donbasın müharibə gedən istənilən nöqtəsində görüşməyi təklif etməyə hazıram", - Ukrayna lideri söyləyib.

Bundan öncə Zelenski bildirib ki, Kiyevi beynəlxalq tərəfdaşları dəstəkləyirlər və onlar Ukraynanın cənub-şərqindəki vəziyyətə görə Moskvaya qarşı daha sərt sanksiyalar hazırlayırlar.

Donbasda münaqişə 7 ildir ki, davam edir. 

3
Teqlər:
Donbas, görüş, Vladimir Putin, Vladimir Zelenski
ABŞ Dövlət Departamenti, arxiv şəkli

ABŞ Dövlət Departamenti Rusiyanı "təcavüzkar" adlandırdı

4
(Yenilənib 23:14 20.04.2021)
Ned Prays təsdiq edib ki, Vaşinqtonda "RF-in Ukraynaya qarşı davam edən aqressiv hərəkətlərindən narahatdırlar". 

BAKI, 20 aprel - Sputnik. ABŞ Dövlət Departamenti Rusiya-Ukrayna sərhədindəki vəziyyət kontekstində Rusiyanı "təcavüzkar" kimi nəzərdən keçirir və Kiyevin gərginliyi təhrik edəcək addımlar atmasının hansısa əlamətini görmür. 

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bunu Amerikanın diplomatik idarəsinin rəsmi nümayəndəsi Ned Prays söyləyib.

"İcazə verin, fikrimi aydın izah edim: bu situasiyada Rusiya aqressordur. Biz Ukraynanın təxribatla məşğul olması, yaxud gərginlik yaratdığının hansısa əlamətini sezməmişik. Bizim gördüyümüz  Rusiyanın dezinformasiya kampaniyasıdır: əslində Kremlin gördüyü işləri Ukraynanın boynuna atmaq", - Prays brifinqdə deyib.

O təsdiq edib ki, Vaşinqtonda "RF-in Ukraynaya qarşı davam edən aqressiv hərəkətlərindən narahatdırlar". 

Son günlər qərb ölkələri Rusiya ilə Ukrayna sərhədində baş verən gərginlikdən narahatlıqlarını ifadə edirlər. Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov isə bəyan edib ki, Rusiya öz ordusunu öz ərazisi daxilində və öz bildiyi kimi hərəkət etdirir. Onun sözlərinə görə, bu heç kimə təhdid yaratmır və heç kimi narahat etməməlidir.

4