“Azərsu” ASC-nin binası

"Azərsu"da faciə baş verib

194
(Yenilənib 13:12 08.12.2015)
"Azərsu" ASC-nin su anbarında qaynaq işləri aparan Həbib Qasımovun üzərinə dəmir boru düşüb və o hadisə yerində keçinib.

BAKI, 8 dek-Sputnik. "Azərsu" ASC-nin su anbarında faciəli hadisə baş verib.

Sputnik Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, hadisə dekabrın 7-də Abşeron rayonunun Saray qəsəbəsində "Azərsu" ASC-nin su anbarında qeydə alınıb. Qaynaq işləri aparan Sumqayıt şəhər sakini Həbib Qasımovun üzərinə dəmir boru düşüb və o, hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

194
Teqlər:
saray, faciə, Sumqayıt, "Azərsu" ASC, Həbib Qasımov, Abşeron