Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə başsağlığı verib

© AFP 2023 / ADEM ALTANTürkiyə prezidenti Rəcb Tayyib Ərdoğan
Türkiyə prezidenti Rəcb Tayyib Ərdoğan - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyə prezidenti: 30-dan çox işçinin həyatını itirdiyini böyük kədərlə öyrəndim.

BAKI, 6 dek-Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan "Günəşli" yatağında baş vermiş faciə ilə bağlı Azərbaycan prezidenti İlham Əliyevə başsağlığı verib.

Sputnik Türkiyənin "Hürriyət" qəzetinə istinadən xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan Xəzər dənizindəki "Günəşli" neft yatağındakı 10-cu platformada qaz xəttinini yerindən çıxması nəticəsində yanğının meydana gəldiyini, nəticədə 30-dan çox işçinin həyatını itirdiyini böyük kədərlə öyrəndiyini bildirib.

"Türkiyə xalqı və öz adımdan yanğında vəfat edənlərə Allahdan rəhmət, yaralılara isə şəfa diləyirəm" deyən Rəcəb Tayyip Ərdoğan İlham Əliyevə, ölənlərin ailələrinə və Azərbaycan xalqına başsağlığı verib.

"Türkiyə hər zaman olduğu kimi, bu çətin gündə də Azərbaycanın yanındadır və ona hər cür kömək göstərməyə hazırdır", deyə başsağlığı mətnində qeyd olunub.

Xəbər lenti
0