CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nardaran qəsəbəsinə ictimai nəqliyyatın daxil olmasına icazə verilib

© TrendNardarana ictimai nəqliyyatın gedişi bərpa edilib
Nardarana ictimai nəqliyyatın gedişi bərpa edilib - Sputnik Azərbaycan
Abunə olmaq
Sabunçuya gedən avtobuslara qoyulmuş qadağa da aradan götürülüb.

BAKI, 5 dek-Sputnik. Nardaran qəsəbəsinə ictimai nəqliyyatın hərəkəti bərpa olunub.

Sputnik-in məlumatına görə, bu günə qədər avtobuslar qəsəbənin girəcəyində qurulmuş postlarda sərnişinləri düşürüb geri qayıdırdı. Bu gün isə artıq avtobusların qəsəbənin içərisinə hərəkətinə icazə verilib.
Hazırda 189 saylı avtobus bu istiqamətdə fəaliyyət göstərir.

Bundan əlavə 62 saylı avtobusun Sabunçu qəsəbəsinə daxil olmasına da icazə verilib. Son günlər Nardaran hadisələri zamanı xəsarət almış yaralılar Sabunçu xəstəxanasında müalicə olunduğundan, ora avtobusların daxil olmasına qadağa qoyulmuşdu.

Xəbər lenti
0