İçində bomba olan oyuncaqlar

Zəvvarlar ölüm saçan uşaq oyuncaqları gətirdilər

841
(Yenilənib 11:47 05.12.2015)
Kərbəladan gələn zəvvarların əşyaları içərisində içində partlayıcı maddə quraşdırılmış uşaq oyuncaqları aşkarlanıb.

BAKI, 5 dek-Sputnik. Ötən gün İranla İraq sərhəd-buraxılış məntəqələrində yoxlamalar apararkən bir neçə şübhəli bağlama aşkarlanıb və müsadirə olunub.

Bunu İranın daxili işlər nazirinin təhlükəsizlik məsələləri üzrə nümayəndəsi Hüseyn Zülfüqari deyib.

Sputnik Trend-ə istinadən xəbər verir ki, bu barədə İranın İSNA agentliyi məlumat yayıb.

H.Zülfüqari deyib ki, İraqla sərhəddə yerləşən Xuzestan və İlam əyaləti sərhədlərində yoxlamalar zamanı müsadirə olunan bağlamalarda aşkarlanan oyuncaqlarda partlayıcı maddələr quraşdırıldığı məlum olub və hazırda bu məsələ araşdırılır.

H.Zülfüqari Ərbəin münasibəti ilə İraqa səfər etmiş İran vətəndaşlarına səslənərək bildirib ki, oyuncaqlar alan zəvvarlar sərhəd-buraxılış məntəqələrində təhlükəsizlik orqanlarının nümayəndələrinə bu barədə məlumat versinlər.

"Təhlükəsizlik qüvvələri sərhədlərdə nəzarəti gücləndirib. Lakin lazımdır ki, vətəndaşlar ölkəyə giriş etməmişdən öncə öz əşyalarını yoxlasınlar".

Bir müddət öncə İraq təhlükəsizlik qüvvələri İŞİD terror qruplaşmasının üzvlərini həbs etmişdi. Onlardan içərisində partlayıcı maddə qurşadırlmış uşaq oyuncaqları müsadirə olunmuşdı.

Hər il İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinin şəhadətinin 40 mərasimi — Ərbəin münasibətilə milyonlarla müsəlman Kərbəla şəhərinə piyada yürüş edir. Ötən il 20 milyon insanın bu izdihamlı mərasimdə iştirak etdiyi bildirilir. Bu il Ərbəin milad təqvimi ilə 2 dekabr tarixinə təsadüf etmişdi. Bu münasibətlə İrandan İraqa 2 milyon 100 min nəfərdən çox insanın getdiyi bildirilir.

841
Protezlər, arxiv şəkli

Qazilərin təminatı dərəcədədir - Agentlik hesabat verdi

2
(Yenilənib 13:37 16.01.2021)
Dəstək tədbirləri artıq 8500 şəxsi əhatə edib və onlardan 3200-ə yaxın şəxs sosial-psixoloji dəstəklə təmin olunub.

 

BAKI, 16 yanvar — Sputnik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekpsertiza və Reabilitasiya Agentliyinin (DTSERA) sədri Cavid Əbdül-Qədirov Agentliyin Reabilitasiya Mərkəzində sosial-psixoloji reabilitasiya xidmətləri göstərilən Vətən müharibəsi qaziləri ilə görüşüb.

Nazirlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, görüşdə C.Əbdül-Qədirov dövlət başçısının tapşırığı ilə Nazirlik tərəfindən postmüharibə dövründə şəhidlərin ailələri, qazilərimizlə bağlı sosial dəstək tədbirləri həyata keçirildiyini deyib.

Qeyd edilib ki, bu dəstək tədbirləri artıq 8500 şəxsi əhatə edib və onlardan 3200-ə yaxın şəxs sosial-psixoloji dəstəklə təmin olunub. O cümlədən, DTSERA-nın reabilitasiya müəssisələrində postmüharibə dövründə 260 qaziyə, şəhidlərin, yaralı hərbçilərin 20 uşağına sosial-psixoloji reabilitasiya xidmətləri göstərilib. Bakı Sağlamlıq Mərkəzində və Sərhəd Qoşunları Hospitalında müalicə alan hərbçilərdən 28 hərbçini də Agentlik sosial-psixoloji reabilitasiyaya cəlb edib. Eləcə də 5 qazi yüksək texnologiyalı müasir protezlə, 7 qazi əlil arabası, əlavə olaraq 130-a yaxın qazi 530-dan çox reabilitasiya vasitəsi ilə təmin olunub.

Nazirlər Kabinetinin 13 yanvar 2021-ci il tarixli Qərarı ilə əmək və əhalinin sosial müdafiəsi nazirinin sədrliyi ilə yaradılan komissiya tərəfindən isə hərbçilərin tibbi-sosial ekspertizasının əyani müayinə keçirməklə, operativ, vaxtında, keyfiyyətlə və mərkəzləşmiş şəkildə aparılması üçün müvafiq işlər görülür.

Görüş zamanı mərkəzdə sosial-psixoloji reabilitasiya kursu başa çatmaqda olan qazimiz - döyüşlərdə qəlpə yarası almış Cəfərov Samir İlham oğlunun doğum günü olduğu bildirilib və onun ad günü qeyd edilib. Agentlik sədri, mərkəzin kollektivi, qazi yoldaşları ona xoş arzularını ifadə ediblər.

Görüşdən sonra Agentliyin sədri göstərilən sosial-psixoloji reabilitasiya xidmətlərini nəzərdən keçirib.

2
Xalq artisti Faiq Ağayev, arxiv şəkli

Faiq Ağayev anasını klipə çəkdi, məşhurları oxutdu - VİDEO

5
(Yenilənib 13:24 16.01.2021)
Klipdə Çingiz Abdullayev, Mələkxanım Əyyubova, Nərgiz Cəlilova, Sənubər İsgəndərli, Rafael Ağayev, Dilarə Əliyeva, Elnarə Xəlilova və digər məşhurlar da yer alıblar

BAKI, 16 yanvar — Sputnik. Xalq artisti Faiq Ağayevin Azərbaycanın Vətən Müharibəsində əldə etdiyi əzəmətli, tarixi Qələbəsinə həsr olunan "Sən qalibsən" klipi təqdim edilib.

Sputnik Azərbaycan xəbər verir ki, mahnının sözləri və musiqisi Xanim İsmayılqızıya aiddir.

Klipə kifayət qədər məşhur simalarla yanaşı, Faiq Ağayevin anası Səfiyyə Ağayeva da çəkilib. Siyahıda Çingiz Abdullayev, Mələkxanım Əyyubova, Nərgiz Cəlilova, Sənubər İsgəndərli, Rafael Ağayev, Dilarə Əliyeva, Elnarə Xəlilova, PRoMete, Kamran Ağabalayev, Leyla Quliyeva, Samir Bayramlı və Əli Paşayevin adları var.

5
Teqlər:
qələbə, Qarabağ, klip, Faiq Ağayev