Bakıya gətirilən yeni elektrik qatarı

Bakıda gənc qızı qatar vurdu

60
(Yenilənib 11:57 04.12.2015)
24 yaşlı Çinarə Sadıqovanı Bakı-Sumqayıt marşrutu üzrə hərəkət edən qatar vurub.

BAKI, 4 dek —Sputnik. Ötən gün axşam saatlarında Bakının Nizami rayonunda 24 yaşlı qızı qatar vurub. 

Sputnik APA-ya istinadən xəbər verir ki, hadisə Keşlə qəsəbəsində qeydə alınıb.
24 yaşlı Çinarə Sadıqovanı Bakı-Sumqayıt marşrutu üzrə hərəkət edən qatar vurub.

Yaralı hadisə yerinə çağırılan təcili yardım maşını ilə xəstəxanaya aparılıb. Həkimlər əməliyyat olunan Çinarə Sadıqovanın vəziyyətinin qənaətbəxş olduğunu bildiriblər.
Hadisə yerində polis əməkdaşları ölçülər götürüb müayinələr aparıblar.

Faktla əlaqədar Nizami rayon Xətt Polis Şöbəsində araşdırmalar aparılır.

60
Teqlər:
Keşlə qəsəbəsi, gənc, qız, qatar, Bakı-Sumqayıt sərnişin qatarı, Bakı-Sumqayıt qatar, polis, 24 yaşlı qızı qatar vurub, Nizami rayon Xətt Polis Şöbəsi, Çinarə Sadıqova, Bakı
 Pandemiya zamanı imtahan

DİM imtahanların vaxtını dəyişdi

3
(Yenilənib 10:53 16.06.2021)
İyulun 1-də keçiriləcək imtahanda sıxlığın yaşanmaması üçün Dövlət İmtahan Mərkəzi tərəfindən addım atılıb.

BAKI, 16 iyun — Sputnik. Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi tərəfindən 1 iyul 2021-ci il tarixində müxtəlif növ imtahanların keçirilməsi nəzərdə tutulurdu. Bu imtahanlarda iştirak etmək üçün 26 mindən artıq abituriyent qeydiyyatdan keçib. İmtahanlarda iştirakçıların sıxlığının azaldılması məqsədilə Mərkəz tərəfindən bu imtahanların iyulun 1-də və 2-də müxtəlif şəhər və rayonlarda keçirilməsi qərara alınıb.

İyulun 1-də və ya 2-də imtahan keçiriləcək şəhər və rayonların siyahısı yaxın günlərdə elan olunacaq.

Qeyd edək ki, iyulun 1-də və 2-də aşağıdakı imtahanlar keçiriləcək.

- əvvəlki illərin məzunları üçün qəbul imtahanının I mərhələsi, V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və 11 illik təhsil bazasında kolleclərə qəbul imtahanı;

- müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyənlər üçün əlavə xarici dil imtahanı;

- qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyənlər üçün əlavə imtahan;

- aprel ayında keçirilən buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən XI sinif şagirdləri üçün buraxılış imtahanı;

- eksternat qaydasında imtahan verənlər üçün buraxılış imtahanı.

3
Təcili yardım avtomobili

Sabiq deputat İbrahim İbrahimli vəfat edib

27
(Yenilənib 10:59 16.06.2021)
Milli Məclisin (keçmiş Ali Sovet) sabiq istiqlalçı deputatı İbrahim İbrahimli xərçəng xəstəliyi səbəbindən dünyasını dəyişib.

BAKI, 16 iyun — Sputnik. Milli Məclisin (keçmiş Ali Sovet) sabiq deputatı İbrahim İbrahimli dünyasını dəyişib. Bu barədə onun kürəkəni, tanınmış politoloq Toğrul İsmayıl öz Facebook səhifəsində məlumat verib. 

"Dəyərli dostlar. Üzülərək bildirmək istəyirəm ki, ailəmizin əzizi və böyüyü, qaynatam, istiqlalçı millət vəkili, tanınmış ictimai xadim İbrahim İbrahimli bugün vəfat etmişdir.
Allah rəhmət eləsin! Bütün sevənlərinin, dostlarının və qohumlarının başı sağ olsun", - Toğrul İbrahimli yazıb.

T.İsmayılın sözlərinə görə, İ.İbrahimlidə xərçəng xəstəliyi aşkarlanıb.

Qeyd edək ki, İbrahim İbrahimli 90-cı illərdə Azərbaycan Xalq Cəbhəsi Naxçıvan vilayət şöbəsi təşkilat şöbəsinin müdiri vəzifəsində işləyib. Daha sonra Müsavat Partiyasına üzv olub. Bir müddət partiyanın Mərkəzi Nəzarət-Təftiş Komissiyasının sədri olub. 5 may 2015-ci ildə Müsavat Partiyası sıralarından istefa verib.

İbrahim İbrahimli Azərbaycan SSR Ali Sovetinin XII çağırışında Naxçıvan MSSR-in Babək rayonundan – 341 nömrəli Leninabad seçki dairəsindən deputat seçilib 5 fevral 1991-ci ildə Azərbaycan SSR Ali Soveti birinci sessiyasının Katibliyi tərkibinə seçilib.

O, 26 noyabr 1991-ci ildə təşkil edilən Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının tərkibinə daxil edilib.

27