Türkiyənin baş naziri Əhməd Davudoğlunun Heydər Əliyev adına Hava limanında qarşılanma mərasimi

Türkiyənin Baş naziri Azərbaycana gəlib

7
Əhməd Davudoğlunu və xanımı Sara Davudoğlunu hava limanında Azərbaycan Baş nazirinin müavini Əli Əhmədov və digər rəsmi şəxslər qarşılayıblar.

BAKI, 3 dek-Sputnik. Türkiyənin Baş naziri Əhməd Davudoğlu bu gün Azərbaycana rəsmi səfərə gəlib.

Sputnik xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Türkiyə Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Türkiyənin Baş naziri Ə.Davudoğlunu və xanımı Sara Davudoğlunu hava limanında Azərbaycan Baş nazirinin müavini Əli Əhmədov və digər rəsmi şəxslər qarşılayıblar.

7