Avropa İttifaqı

Azərbaycan Avropa ilə münasibətlərinin soyumasına aydınlıq gətirdi

14
(Yenilənib 10:44 03.12.2015)
Mahmud Mәmmәdquliyev: Avropa İttifaqı indiyә kimi Dağlıq Qarabağ mәsәlәsindә bizә lazım olan mövqeyi nümayiş etdirməyib.

BAKI, 3 dek-Sputnik. Avropa İttifaqı ilә aramızda soyuqluğun әsas sәbәbi ondan ibarәtdir ki, indiyә kimi Dağlıq Qarabağ mәsәlәsindә bizә lazım olan mövqeni görə bilməmişik.

Sputnik xəbər verir ki, bu sözlәri Azərbaycan xarici işlәr nazirinin müavini Mahmud Mәmmәdquliyev deyib. O bildirib ki, Azәrbaycan әmәkdaşlıqla bağlı Avropa İttifaqına yeni saziş layihәsi tәqdim edib: "Saziş Aİ ilә Azәrbaycan arasında strateji әmәkdaşlığın qurulmasını nəzərdə tutur. Bu barədə danışıqların başlaması üçün Avropa İttifaqının Xarici Əlaqələr Xidmәti buna mandat vermәlidir. Onların mövqeyi bir qәdәr fәrqlidir, deyirlәr ki, qabaqcadan bir neçә görüş keçirilsin, ümumi müzakirәlәr aparılsın, mandata salındıqdan sonra bu danışıqlara başlamaq olar. Mәn düşünürәm ki, onlar gәlsinlәr, müzakirә edәk, ondan sonra mandat verilsin vә biz rәsmi olaraq bu danışıqlara başlayaq. Әlbәttә ki, tәrәflәr arasında soyuqluq var. Söhbәt yalnız Avropa Parlamentinin qәtnamәsindәn getmir. Tәbii ki, o da öz rolunu oynayıb. Ona görә ki, orada çox yanlış mәsәlәlәr var. Amma soyuqluğun әsas sәbәbi ondan ibarәtdir ki, biz indiyә kimi Dağlıq Qarabağ mәsәlәsindә bizә lazım olan mövqeni görə bilməmişik.

Riqa sammitindә bәyan etdilәr ki, "Şәrq tәrәfdaşlığı" ölkәlәrinin әrazi bütövlüyünü, suverenliyini, sәrhәdlәrinin toxunulmazlığını dәstәklәyirlәr. Amma bu münaqişәnin necә hәll olunması ilә bağlı yekun kommünikedә heç bir paraqraf yazmayıblar. Moldova, Gürcüstan, Ukrayna mәsәlәsindә hәm әrazi bütövlüyünü dәstәklәyir, hәm dә mәsәlәnin necә hәll olunmalı olduğunu deyirlәr. Azәrbaycana gәldikdә isә bildirirlәr ki, Minsk Qrupu var və onlar nә qәrara gәlsәlәr, biz dәstәyimizi bildirәcәyik. Amma söhbәt ondan gedir ki, sәnin mövqeyin nәdir? Hansı prinsiplәr çәrçivәsindә bu münaqişә hәll olunmalıdır? Niyә digәr ölkәlәrin münaqişәsindә bunu deyirsiniz, amma Azәrbaycanla bağlı demirsiniz. Eyni zamanda, bildirirsiniz ki, Azәrbaycan bizim üçün çox önəmlidir, Azәrbaycan terrorizmlә mübarizәdә, enerji tәhlükәsizliyindә, multikulturalizmdә çox vacibdir… Ona görә belә soyuqluq var".

Məmmədquliyev Tbilisidә keçirilən "Şәrq tәrәfdaşlığı" ölkələri xarici işlər nazirlərinin görüşündə nazir Elmar Mәmmәdyarovun Aİ-nin komissarı Yohannes Hanla görüşdüyünü söyləyib: "İlin әvvәlindә ola bilsin ki, Federika Mogerininin Azәrbaycana sәfәri həyata keçrilsin. Hesab edirәm ki, bu vәziyyәtdәn çıxmaq lazımdır. Amma eyni zamanda, öz mövqeyimizdә durmalıyıq. Çalışmalıyıq ki, danışıqlar bu strateji çәrçivәdә aparılsın. Amma eyni zamanda bilmәliyik ki, Avropa iqtisadi cәhәtdәn çox vacibdir, texnologiya, yaxşı idarәçilik oradadır. Biz onlardan çox şey götürә bilәrik, amma paralel olaraq Qarabağ mәsәlәsindә tәlәb edәcәyik ki, bizә uyğun mövqe tutsunlar".

14
Teqlər:
Yohannes Han, Elmar Məmmədyarov, Tbilisi, enerji, ATƏT-in Minsk qrupu, Ukrayna, Gürcüstan, Moldova, Riqa sammiti, Şәrq tәrәfdaşlığı, Avropa İttifaqının Xarici Əlaqələr Xidmәti, Avropa İttifaqı, Azərbaycan xarici işlәr nazirinin müavini Mahmud Mәmmәdquliyev, Azərbaycan
İmtahan, arxiv şəkli

Buraxılış imtahanlarının sadələşməsi üçün təkliflər hökumətə təqdim edildi

3
Proqram hazırlanarkən ilk növbədə indi 9-cu sinifdə təhsil alan şagirdlərin aşağı siniflərdə keçdikləri dərsliklərlə, hazırda istifadədə olan dərsliklər müqayisə olunmuş və hər iki dərslikdə eyni olan mövzular proqrama daxil edilib.

BAKI, 5 mart — Sputnik. Dövlət İmtahan Mərkəzi ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı üçün materialların məzmununda və təşkilində sadələşmə aparılması üçün təkliflər hazırlayaraq Nazirlər Kabinetinə təqdim edib. Mərkəzdən Sputnik Azərbaycan-a verilən məlumata görə, 2020-ci il mart ayından etibarən ölkəmizdə COVID-19 pandemiyası ilə bağlı xüsusi karantin rejimi tətbiq edilir. Xüsusi karantin rejiminin qaydalarına uyğun olaraq hələ də ümumtəhsil müəssisələrində tədris prosesi tam olaraq ənənəvi qaydada həyata keçirilmir. Həmçinin ötən ilin sentyabr-noyabr aylarında Vətən müharibəsi baş verdi. 44 gün ərzində müzəffər ordumuz cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan torpaqlarımızı düşməndən azad etdi. Azərbaycanın ərazi bütövlüyü təmin edildi.

Baş vermiş hadisələrlə əlaqədar bəzi bölgələrdə təlim-tədris prosesində müəyyən fasilələr yaranmışdır. Dövlət İmtahan Mərkəzi tərəfindən Təhsil Nazirliyinin mütəxəssisləri ilə birgə razılıq əsasında mövcud vəziyyət nəzərə alınaraq ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı üçün materialların məzmununda və təşkilində sadələşmə aparılması üçün təkliflər hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilib.

Nəzərdə tutulan dəyişikliklərlə bağlı, yəni ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının bir mərhələdə keçirilməsi, imtahan proqramı və yeni imtahan modeli 2020-ci ilin dekabrında "Abituriyent" jurnalının xüsusi buraxılışında dərc olunaraq ictimaiyyət məlumatlandırılıb.

Jurnalda qeyd olunduğu kimi, proqramda əsas hissə kimi 5-ci sinifdən başlayaraq 9-cu sinfin 1-ci yarımilində keçilmiş materiallar götürülür. Tədris prosesində 2-ci yarımildə keçilməsi planlaşdırılan mövzular üzrə tapşırıqlar isə 5-8-ci siniflər üzrə tərtib olunacaq.

Proqram hazırlanarkən ilk növbədə indi 9-cu sinifdə təhsil alan şagirdlərin aşağı siniflərdə keçdikləri dərsliklərlə, hazırda istifadədə olan dərsliklər müqayisə olunmuş və hər iki dərslikdə eyni olan mövzular proqrama daxil edilib. Aşağı sinif dərsliklərinə yeni daxil edilmiş və çıxarılmış mövzular proqrama salınmayıb. Beləliklə, demək olar ki, proqramda verilmiş mövzuların hamısı tədris prosesində keçilib.

Nazirlər Kabinetinin 2016-cı il 12 dekabr tarixli 498 nömrəli Qərarı ilə təsdiq edilmiş "Ümumi təhsil pilləsində təhsilalanların yekun attestasiyasının aparılması Qaydaları"nda dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 4 mart 2021-ci il tarixli qərarı ilə ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının bir mərhələdə keçirilməsi, imtahanda şagirdlərə tədris dili fənnindən 30, xarici dil fənnindən 30 və riyaziyyat fənnindən 25 olmaqla, ümumilikdə 85 tapşırığın verilməsi təsdiq edilib.

DİM-in səriştəsizliyi və yaxud imtahanda biznes maraqları>>

Xatırladırıq ki, Dövlət İmtahan Mərkəzi və Təhsil Nazirliyinin mütəxəssisləri hazırki vəziyyəti bir daha təhlil edərək tapşırıqların formasını daha da sadələşdiriblər. Əvvəlcədən elan olunduğu kimi, "Abituriyent" jurnalının xüsusi buraxılışında verilən modeldən fərqli olaraq yeni təqdim olunan imtahan modelinə əsasən, imtahanda yazılı cavab tələb edən açıq tipli tapşırıqlar istifadə olunmayacaq. İmtahanda iştirakçılara qapalı tipli tapşırıqlar və kodlaşdırıla bilən seçim və hesablama formalı açıq tipli tapşırıqlar təqdim olunacaq.

Məlumat üçün qeyd edək ki, Dövlət İmtahan Mərkəzi tərəfindən yaxın vaxtlarda otk.az portalı vasitəsilə yeni imtahan modelinə uyğun sınaq imtahanı keçiriləcək.

Yeni imtahan modeli aşağıdakı kimidir:

http://dim.gov.az/news/6346/

3
Polis Şöbəsi

Bakıda itkin düşən 13 yaşlı qız tapılıb

2
(Yenilənib 10:18 05.03.2021)
Ailə məsələyə operativ reaksiyaya göstərərək yetkinlik yaşına çatmayan övladlarının tapılmasına görə polis əməkdaşlarına təşəkkür edib

BAKI, 5 mart — Sputnik. Ötən gün Suraxanı rayonu, Hövsan qəsəbəsində 13 yaşlı Aleksandra Dünyamalızadənin evdən çıxıb geri qayıtmaması barədə məlumat yayılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Hövsan qəsəbəsində yerləşən Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən qısa zamanda görülən tədbirlər nəticəsində A.Dünyamalızadə tapılaraq ailəsinə təhvil verilib.

Ailə məsələyə operativ reaksiyaya göstərərək yetkinlik yaşına çatmayan övladlarının tapılmasına görə polis əməkdaşlarına təşəkkür edib.

2