Suriye sınırında düşürülen Rus uçağı

Türkiyə-Suriya sərhədi tamamilə bağlana bilər

33
Türkiyə-Suriya sərhədinin tamamilə bağlanması mövzusunda ABŞ və Türkiyə arasında məsləhətləşmələr keçiriləcək.

BAKI, 2 dek-Sputnik. Türkiyə-Suriya sərhədinin tamamilə bağlanması mövzusunda ABŞ və Türkiyə arasında məsləhətləşmələr keçiriləcək.

Sputnik Türkiyənin "Hürriyet" qəzetinə istinadən xəbər verir ki, bunu NATO xarici işlər nazirlərinin Brüsseldə keçirilən toplantısına qatılan ABŞ dövlət katibi Con Kerri deyib.
Kerri deyib ki, bu əməliyyatlarda hər iki ölkənin hava və quru qüvvələri iştirak edəcək: "Prezident Ərdoğan Türkiyə-Suriya sərhədinin qalan hissəsinin bağlanması üçün Türkiyə və digər ölkə qüvvələrindən istifadə olunmasını tam dəstəkləyir".

Suriyanın Türkiyə ilə sərhəd zolağının 98 kilometrlik hissəsi İŞİD-in nəzarətindədir.

33