Президент Сирии Башар Асад

Bəşər Əsədin İŞİD-lə olan biznesi üzə çıxdı

553
(Yenilənib 13:24 02.12.2015)
İddia: Bəşər Əsəd neft sahələrinə nəzarəti itirdikdən sonra, İŞİD-dən petrol almağa başlayıb

BAKI, 2 dek — Sputnik. ABŞ Xəzinə Nazirliyi, İŞİD terror təşkilatı ilə Bəşər Əsəd rejiminin əlaqəsini sübut edən məlumat paylaşıb. 

Nazirliyin məlumatına görə, Əsəd rejimi, Suriya əsilli rus vətəndaşı Corc Hasvani vasitəsilə İŞİD-dən neft alır.

"Bəşər Əsəd neft sahələrinə nəzarəti itirdikdən sonra, İŞİD-dən petrol almağa başlayıb. Suriyada anadan olan, rus vətəndaşlığı olan, HESCO şirkətinin rəhbəri Corc Hasvani, Əsədlə terror təşkilatı arasında vasitəçilik edir" deyə məlumatda qeyd olunur.

Bir müddət əvvəl, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da, Bəşər Əsədin İŞİD-dən neft aldığını söyləmişdi.

553
Teqlər:
Bəşər Əsəd rejimi, Əsəd rejimi, HESCO, Corc Hasvani, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Rəcəb Tayyib Ərdoğan, ABŞ Xəzinə Nazirliyi, İŞİD, Bəşər Əsəd, Suriya
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin binası

Silahlı Qüvvələrə Yardım Fonduna toplanan vəsaitin miqdarı məlum oldu

7
(Yenilənib 21:07 04.12.2020)
Qeyd edək ki, noyabrın 1-dən dekabrın 1-dək  Silahlı Qüvvələrə Yardım Fonduna 12.611.973,40 AZN, 175.507,81 ABŞ dolları, 15.723,23 avro, 40 türk lirəsi, 550 ingilis funt sterlinqi və 336.000,00 rubl vəsait daxil olub.

BAKI, 4 dekabr — Sputnik. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli 755 nömrəli Fərmanı ilə təsdiq edilmiş Silahlı Qüvvələrə Yardım Fonduna cari il dekabrın 1-dək  210.625.007,86 AZN, 11.171.613,65 ABŞ dolları, 181.319,42 avro, 495.561,33 türk lirəsi, 1.844,72 ingilis funt sterlinqi və 5.398.550,00 rubl vəsait daxil olub.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumatı Müdafiə Nazirliyi yayıb.

Qeyd edək ki, noyabrın 1-dən dekabrın 1-dək  Silahlı Qüvvələrə Yardım Fonduna 12.611.973,40 AZN, 175.507,81 ABŞ dolları, 15.723,23 avro, 40 türk lirəsi, 550 ingilis funt sterlinqi və 336.000,00 rubl vəsait daxil olub.

7
Teqlər:
Silahlı Qüvvələrə Yardım Fondu, Müdafiə Nazirliyi
Dağ Yəhudiləri Dini İcmasının üzvləri Vətən Müharibəsi şəhidlərinin xatirəsi yad edir

Avropanın ən böyük Sinaqoqunda Vətən Müharibəsi şəhidlərinin xatirəsi yad edilib

7
(Yenilənib 20:49 04.12.2020)
Prezident İlham Əliyevin Vətən müharibəsi şəhidlərinin xatirəsinin yad edilməsi haqqında Sərəncamına əsasən bu gün saat 12.00-da şəhidlər bir dəqiqlik sükutla yad edilib.

BAKI, 4 dekabr — Sputnik. Dağ Yəhudiləri Dini İcması şəhidləri yad edib. Bakıda yerləşən sinaqoqda saat 12:00-da şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

  • Dağ Yəhudiləri Dini İcmasının üzvləri Vətən Müharibəsi şəhidlərinin xatirəsi yad edir
    © Sputnik / Ibrahim Hashimov
  • Dağ Yəhudiləri Dini İcmasının üzvləri Vətən Müharibəsi şəhidlərinin xatirəsi yad edir
    © Sputnik / Ibrahim Hashimov
  • Dağ Yəhudiləri Dini İcmasının üzvləri Vətən Müharibəsi şəhidlərinin xatirəsi yad edir
    © Sputnik / Ibrahim Hashimov
1 / 3
© Sputnik / Ibrahim Hashimov
Dağ Yəhudiləri Dini İcmasının üzvləri Vətən Müharibəsi şəhidlərinin xatirəsi yad edir

Ardınca isə şəhidlərin ruhuna dualar oxunub və ayinlər icra edilib. Bildirilib ki, Azərbaycan tolerant bir ölkədir və bütün dinlərin nümayəndələri burada dostluq, qardaşlıq şəraitində yaşayırlar. Qələbə xəbərini birgə qeyd etdikləri kimi, şəhidləri ruhu da birlikdə yad edilib.

7
Teqlər:
tolerant, dua, şəhidlər