CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nardaranda qara bayraqlar söküldü, yerinə Azərbaycan bayrağı dikildi

Abunə olmaq
Kərbəlada şəhid olan imamların rəmzi 40 mərasimi münasibətilə Nardaranda mərasim keçirilir.

BAKI, 2 dek-Sputnik. Kərbəlada şəhid olan imamların rəmzi 40 mərasimi münasibətilə Nardaranda mərasim keçirilir.

Sputnik APA-ya istinadən xəbər verir ki, qəsəbə Daxili Qoşunların və xüsusi təyinatlı polis əməkdaşlarının nəzarətindədir. Qəsəbəyə giriş ancaq Nardaran sakinləri üçün açıqdır. Digər yerlərdən gələnlər isə qəsəbəyə buraxılmır.

Nardaran Ağsaqqallar Şurasının sədri Məşədi Natiq Kərimov bildirib ki, polis kənd camaatının mərasimə qatılmasına mane olmur: "Biz mərasimimizi keçiririk. Qəsəbəyə kənardan heç kim gəlməyib. Mərasim günorta namazınadək davam edəcək".

Onu da qeyd edək ki, Nardaran qəsəbəsində radikal dini şüarlar, plakatlar və qara bayraqlar dünən yığışdırılıb. Hazırda Nardaran-Maştağa yolunun üstündəki radikal şüarlar və qara bayraqlar da sökülür.

Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev də bu gün səhər Nardaran qəsəbəsinə gəlib.

Xəbər lenti
0