Nardaran

Nardarandan xəbər var

106
Bu gün səhər saatlarından başlayaraq Nardaran sakinlərinin qəsəbəyə girib-çıxmalarına icazə verilib.

BAKI, 2 dek-Sputnik. Artıq bu gün səhər saatlarından başlayaraq Nardaran sakinlərinin qəsəbəyə girib-çıxmalarına icazə verilib.

Sputnik Trend-ə istinadən xəbər verir ki, avtomobillər və qəsəbə sakinləri sənədləri giriş-çıxışdakı Post Patrul Xidməti və Çevik Polis Alayı əməkdaşları tərəfindən yoxlanıldıqdan sonra hərəkət edə bilirlər.

Qeyd edək ki, ötən gün saat 08:00-da vətəndaşlarımızın hüquqlarının, azadlıqlarının, qanuni mənafelərinin müdafiəsi, əllərdə qanunsuz saxlanılan odlu silahların, partlayıcı maddə və qurğuların yığılması məqsədilə Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirilməsinə başlanılıb.

Müvafiq plana uyğun olaraq Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və nizami polis hissələrinin məhdud sayda xüsusi texnikası, şəxsi heyəti qəsəbəyə daxil olub, müəyyən edilmiş yerlərdə postlar qoyulub və hazırda xüsusi əməliyyat zonasında Baş Prokurorluğun, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin istintaq-əməliyyat qrupu fəaliyyət göstərir.

106