CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nardaranda bütün evlər yoxlanılır

© AzadliqNardaran
Nardaran - Sputnik Azərbaycan
Abunə olmaq
Nardaranda əllərdə qanunsuz saxlanılan odlu silahların, partlayıcı maddə və qurğuların yığılması məqsədilə keçirilən əməliyyat tədbirlərilə əlaqədar qəsəbədə evlər yoxlanılır.

BAKI, 1 dek-Sputnik. Bu gün səhər saatlarında Nardaranda əllərdə qanunsuz saxlanılan odlu silahların, partlayıcı maddə və qurğuların yığılması məqsədilə keçirilən əməliyyat tədbirlərilə əlaqədar qəsəbədə evlər yoxlanılır.

Sputnik Trend-ə istinadən xəbər verir ki, hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən evlərdə qeydiyyatı olan şəxslər siyahı üzrə yoxlanılır.

Qeyd edək ki, bu gün saat 8:00-da vətəndaşlarımızın hüquqlarının, azadlıqlarının, qanuni mənafelərinin müdafiəsi, əllərdə qanunsuz saxlanılan odlu silahların, partlayıcı maddə və qurğuların yığılması məqsədilə Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirilməsinə başlanılıb.

Müvafiq plana uyğun olaraq Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və nizami polis hissələrinin məhdud sayda xüsusi texnikası, şəxsi heyəti qəsəbəyə daxil olub, müəyyən edilmiş yerlərdə postlar qoyulub və hazırda xüsusi əməliyyat zonasında Baş Prokurorluğun, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin istintaq-əməliyyat qrupu fəaliyyət göstərir.

Xəbər lenti
0