Президент Ильхам Алиев на первом заседании Милли Меджлиса (парламента) пятого созыва

Milli Məclisdə deputat vəsiqələri paylanıb

39
(Yenilənib 12:39 01.12.2015)
Milli Məclisin ilk plenar iclasında komitə sədrlərinin müavinləri də seçilib.

BAKI, 1 dek-Sputnik. Bütün beynəlxalq qurumlar Azərbaycanda keçirilən parlament seçkilərini azad və ədalətli seçkilər kimi qiymətləndirib. Avropa Şurası Parlament Assambleyası da seçkilərə yüksək qiymət verib.

Sputnik xəbər verir ki, bunu Milli Məclisin ilk plenar iclasının açılışında sədr Oqtay Əsədov deyib. O, bu gün deputat vəsiqələrinin paylanacağını bildirib və bununla əlaqədar Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahova söz verib.

Pənahov azad və ədalətli seçkilərin keçirilməsi üçün ilk şərtin siyasi stabillik olduğunu söyləyib. MSK sədri seçkilərin şəffaf olması üçün veb-kameraların tətbiqinin də mühüm addım olduğunu vurğulayıb. O, Milli Məclisdə çoxlu sayda partiyaların üzvlərinin təmsil olunduğuna diqqət çəkib və bütün deputatları təbrik edib.
Daha sonra deputatlara vəsiqələri paylanıb.

Milli Məclisin ilk plenar iclasında komitə sədrlərinin müavinləri də seçilib.
Rövşən Rzayev Hüquq siyasəti və dövlət quruculuğu, Aydın Mirzəzadə Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, Ağalar Vəliyev İqtisadi siyasət, sənaye və sahibkarlıq, Kamran Nəbizadə Təbii ehtiyatlar, energetika və ekologiya, Eldar Quliyev Aqrar siyasət, Rauf Əliyev Əmək və sosial siyasət, Fəttah Heydərov Regional məsələlər, Bəxtiyar Əliyev Elm və təhsil, Jalə Əliyeva Mədəniyyət, Yevda Abramov İnsan hüquqları, Sevinc Fətəliyeva Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr, Musa Quliyev Səhiyyə, Sahibə Qafarova Ailə, qadın və uşaq məsələləri, Xanlar Fətiyev İctimai birliklər və dini qurumlar, Ülvi Quliyev Gənclər və idman komitələrinin sədr müavinləri seçiliblər.

39
Teqlər:
Sevinc Fətəliyeva, Sahibə Qafarova, Xanlar Fətiyev, Bəxtiyar Əliyev, Kamran Nəbizadə, Jalə Əliyeva, Yevda Abramov, Fəttah Heydərov, Eldar Quliyev, Aydın Mirzəzadə, Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov, Milli Məclis, Oqtay Əsədov, Məzahir Pənahov, Azərbaycan
Чингиз Абдуллаев

Xalq yazıçısı: “Tariximizi unutsaq, onlar yenidən işğala başlamaq üçün güc toplayacaqlar”

3
(Yenilənib 09:49 05.12.2020)
Xalq yazıçısı Çingiz Abdullayev deyir ki, bizim uşaqlarımızın, nəvələrimizin belə bir muzeyi olmalıdır ki, onlar gəlib görsünlər və heç zaman yaddan çıxarmasınlar
Çingiz Abdullayev: “Bizim tarixi muzeylərimiz çox olmalıdır”

Prezident İlham Əliyev Bakı şəhərində Vətən müharibəsi memorial kompleksinin və Zəfər muzeyinin yaradılması haqqında Sərəncam imzalayıb.

Xalq yazıçısı Çingiz Abdullayev Sputnik Azərbaycan-a deyir ki, imzalanmış bu Sərəncam çox lazımlıdır:

“Bizim uşaqlarımızın, nəvələrimizin belə bir muzeyi olmalıdır ki, onlar gəlib görsünlər və heç zaman yaddan çıxarmasınlar. Əgər biz bu tarixi unutsaq, onlar torpaqlarımızı işğal etmək üçün yenidən güc toplayacaqlar. Mən inanmaq istəyirəm ki, bu məsələ həmişəlik həll olunub, müharibə bitib və biz bir daha torpaqlarımızı itirməyəcəyik. Bizim tarixi muzeylərimiz çox olmalıdır ki, uşaqlarımız tariximizi bilsinlər”.

Çingiz Abdullayevin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

3

Göyçaylı xəstəni polis küçədə tutdu

5
Məmmədov evdə özünü təcrid etməli olduğu halda karantin qaydalarını pozaraq ictimaiyyət arasına çıxıb. Polis əməkdaşları tərəfindən onun olduğu yer müəyyən olunub və yaşadığı ünvana göndərilib

 

BAKI, 5 dekabr — Sputnik. Göyçay şəhər sakini Xasi Məmmədov COVID-19 virusunun daşıyıcısı olduğu üçün ev şəraitində müalicəyə cəlb olunub.

Sputnik Azərbaycan DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata istinadla xəbər verir ki, ancaq o, evdə özünü təcrid etməli olduğu halda karantin qaydalarını pozaraq ictimaiyyət arasına çıxıb. Polis əməkdaşları tərəfindən onun olduğu yer müəyyən olunub və yaşadığı ünvana göndərilib.

X.Məmmədov barəsində Göyçay RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

5
Teqlər:
polis, karantin, qayda pozuntusu, xəstə, Koronavirus, Göyçay
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar