Əhməd Davudoğlu

Türkiyə Rusiya vətəndaşlarına sanksiya tətbiq etməyəcək

26
(Yenilənib 18:11 30.11.2015)
Türkiyənin baş naziri Əhməd Davudoğlu rəsmi Ankaranın Rusiya vətəndaşlarına münasibətdə məhdudiyyətlər tətbiq etməyəcəyinə dair vəd verib.

BAKI, 30 noy-Sputnik. Türkiyənin baş naziri Əhməd Davudoğlu rəsmi Ankaranın Rusiya vətəndaşlarına münasibətdə məhdudiyyətlər tətbiq etməyəcəyinə dair vəd verib.

Sputnik APA-ya istinadən xəbər verir ki, Davudoğlu bu barədə NATO baş katibi Yens Stoltenberqlə Brüsseldə keçirdiyi birgə mətbuat konfransında bəyan edib.

"Rus xalqına mənfi təsir edəcək fəaliyyətimiz olmayacaq. Rus xalqı xalqımız üçün dostdur. Antalya bir çox rus üçün ikinci evə çevrilib. Biz rus turistləri yenə gözləyirik", — deyə baş nazir əlavə edib.

Ə. Davudoğlu Türkiyənin həmişə sanksiyalara qarşı olduğunu xatırladıb: "Sanksiyalardan əziyyət çəkən Rusiyanın Türkiyəyə münasibətdə sanksiya tətbiq etməsi onun mövqeyi ilə ziddiyyət təşkil edir. İqtisadi münasibətlər hər iki ölkə üçün vacibdir."

Baş nazir həmçinin Rusiyanı hər iki ölkənin maraqları çərçivəsində fəaliyyət göstərməyə çağırıb: "Biz gələcək münasibətlərimizi müzakirə edəcəyimiz dialoqa hazırıq. Lakin sərhədlərimizi qorumaqla biz borcumuzu yerinə yetirdik".

Ə. Davudoğlu SU 24 insidenti ilə bağlı Rusiyaya bütün informasiyanı təqdim etməyə və gələcəkdə oxşar insidentlərin qarşısının alınması üçün müzakirələrə hazır olduqlarını da açıqlayıb.

Noyabrın 28-də Rusiya prezidenti Vladimir Putin Türkiyəyə münasibətdə xüsusi iqtisadi tədbirlərin görülməsi ilə bağlı əmr imzalayıb.

Rusiyaya məxsus SU 24 bombardmançı təyyarə Türkiyənin F 16 təyyarəsi tərəfindən ölkə sərhədlərini pozduğu üçün noyabrın 24-də vurulub.

26
Ermənilərin döyüş meydanında qoyub qaçdığı texnika

Ermənistanın döyüş texnikası canlı qüvvəsi məhv edilib - VİDEO

45
(Yenilənib 16:32 31.10.2020)
Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin döyüş texnikası və canlı qüvvəsinin məhv edildiyini bəyan edib.

BAKI, 31 oktyabr - Sputnik. Ermənistan Silahlı qüvvələrinin döyüş texnikası və canlı qüvvəsi məhv edilib. 

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Nazirliyin məlumatında deyilir:  

"Oktyabrın 31-də günün birinci yarısında Azərbaycan Ordusu tərəfindən endirilən zərbələr nəticəsində düşmənin döyüş texnikası və xeyli sayda canlı qüvvəsi məhv edilib.

Düşmənə vurulan dəqiq atəş zərbəsi ilə Ermənistan silahlı qüvvələrinin 3 ədəd tankı, 1 ədəd “Qrad” yaylım atəşli reaktiv sistemi, 1 ədəd sursatla dolu yük maşını, döyüş mövqeyində və qoşquda olan 3 topu, o cümlədən xeyli sayda canlı qüvvəsi məhv edilib".

45
Həkim, arxiv şəkli

TƏBİB Neyrocərrahiyyə Xəstəxanasına yeni baş həkim təyin edib

2
(Yenilənib 16:19 31.10.2020)
Respublika Neyrocərrahiyyə Xəstəxanasına baş həkim vəzifəsinə Fərid Vahid oğlu Təqdirov təyin edilib.

BAKI, 31 oktyabr — Sputnik. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) idarə heyətinin sədri Ramin Bayramlının müvafiq əmri ilə Respublika Neyrocərrahiyyə Xəstəxanasına baş həkim vəzifəsinə Fərid Vahid oğlu Təqdirov təyin edilib. Bu barədə Sputnik Azərbaycan-a TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, Fərid Təqdirov 1996-2002-ci illərdə Azərbaycan Dövlət Tibb Üniversitetinin Müalicə işi fakültəsində təhsil alıb, 2002-2003-cü illərdə Respublika Neyrocərrahiyyə Xəstəxanasında neyrocərrahiyyə ixtisası üzrə internatura keçib.

İlk əmək fəaliyyətinə Respublika Neyrocərrahiyyə Xəstəxanasında neyrocərrah kimi başlayıb, daha sonra Füzuli rayonu N-saylı Tibb Taborunda, Dövlət Təhlükəsizlik Xidmətinin Hərbi Tibbi Baş İdarəsinin Hospitalında və müxtəlif özəl tibb müəssisələrində neyrocərrah kimi fəaliyyət göstərib.

2
Teqlər:
baş həkim, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi, TƏBİB