BAKI, 30 noy — Sputnik. Moskva Arbitraj Məhkəməsi “Moskva Bankı”nın iş adamı Telman İsmayılovun müflis elan edilməsi və borclarının restrukturizasiyası barədə müraciətinə baxılmasını dekabrın 21-nə kimi təxirə salıb.
RİA Novosti-nin verdiyi məlumata görə, bu gün məhkəmə “Moskva Bankı”nın Telman İsmayılovun qeydiyyat ünvanını müəyyənləşdirmək üçün Federal Miqrasiya Xidmətinə sorğu göndərmək barədə vəsatətini təmin edib. Məhkəmənin sədri Pavel Markov bildirib ki, təqdim olunan materiallarda T. İsmayılovun yaşadığı ünvanla bağlı ziddiyyətli məlumatlar var. Sənədlərin bir hissəsində onun Moskva şəhərində, digər hissəsində Moskva vilayətindəki Skolkovo qəsəbəsində qeydiyyatda olduğu göstərilir. Bununla əlaqədar məhkəmə işə baxana kimi borclu tərəfin ünvanının dəqiqləşdirməsini vacib hesab edib.
Xatırladaq ki, "Moskva Bankı" AST qrupunun sahibi T. İsmayılovun müflis elan olunması üçün Arbitraj Məhkəməsinə iddia təqdim edib. Oktyabrın 1-də arbitraj məhkəməsinə daxil olan iddiada deyilir ki, 2012-ci ilin sentyabrından 2014-cü ilin fevralına kimi bank “Ruslayın” MMC və Hollandiyanın “Tropicano Finance B.V.” şirkətlərinə üç dəfə ümumi məbləği 230 milyon dollar olan kredit ayırıb. Hər iki şirkət AST ilə əlaqəlidir və pulu alan T. İsmayılov kreditin müəyyən olunmuş müddətdə qaytarılacağı barədə şəxsən təminat verib. İddiaya əsasən nə faizlər, nə də əsas borc ödənilməyib. Nəticədə T. İsmayılovun bu ilin 1 oktyabrına yığılan borcu 286,4 milyon dollar təşkil edib. "Moskva Bankı" T. İsmayılovun bu müddətdə maliyyə öhdəliklərini yerinə yetirmədiyinə görə onun ödəmək iqtidarında olmadığını bildirib. Bununla əlaqədar bankın hüquqşünasları Arbitraj Məhkəməsindən vətəndaşın borclarının restrukturizasiyası prosedurunu aparmağı xahiş ediblər.
BAKI, 16 yanvar — Sputnik. Xalq artisti Faiq Ağayevin Azərbaycanın Vətən Müharibəsində əldə etdiyi əzəmətli, tarixi Qələbəsinə həsr olunan "Sən qalibsən" klipi təqdim edilib.
Sputnik Azərbaycan xəbər verir ki, mahnının sözləri və musiqisi Xanim İsmayılqızıya aiddir.
Klipə kifayət qədər məşhur simalarla yanaşı, Faiq Ağayevin anası Səfiyyə Ağayeva da çəkilib. Siyahıda Çingiz Abdullayev, Mələkxanım Əyyubova, Nərgiz Cəlilova, Sənubər İsgəndərli, Rafael Ağayev, Dilarə Əliyeva, Elnarə Xəlilova, PRoMete, Kamran Ağabalayev, Leyla Quliyeva, Samir Bayramlı və Əli Paşayevin adları var.
BAKI, 16 yanvar — Sputnik. “Xaricə səfər zamanı koronavirusa görə test tələbi hələlik mütləqdir. Ancaq peyvənd olunacaq şəxsin xarici ölkələrə səfəri zamanı test tələb olunub-olunmayacağı barədə hələlik qəti fikir söyləyə bilmərəm”.
Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib. Ş.Mövsümovun sözlərinə görə, hələ ki bu məsələyə baxılmayıb: “Əslinə qalsa, bu proseslərlə bağlı suallara mərhələ-mərhələ cavab veriləcək. Əsas odur ki, vaksinasiyaya başlanılsın”.