Nardaran piri

Nardaran sakinləri hakimiyyətə sülh çağırışı ediblər

965
(Yenilənib 11:14 30.11.2015)
Nardaran Ağsaqqallar Şurasının sədri kərbəlayi Natiq Kərimov: Nardaran sakinləri məsələnin dinc yolla həll edilməsinə tərəfdardırlar.

BAKI, 30 noy-Sputnik. Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Nardaranda keçirdiyi əməliyyat nəticəsində ölənlərin cənazələrinin bu gün ailələrinə təhvil veriləcəyi gözlənilir.

Sputnik-in məlumatına görə, bu barədə "Report"a Nardaran Ağsaqqallar Şurasının sədri kərbəlayi Natiq Kərimov deyib.

N.Kərimov bildirib ki, bununla bağlı dövlət qurumlarına Nardaran Ağsaqqallar Şurası adından müraciət ünvanlanıb.

Müraciətdə, həmçinin "İmam Hüseyn" meydanının boşaldıldığı vurğulanıb, Nardaran sakinlərinin məsələnin dinc yolla həll edilməsinin tərəfdarı olduqları qeyd edilib: "Əsas cənazələrin verilməsinə çalışırıq. Bundan əlavə, kənddə işıq yoxdur, tezliklə işığı bərpa etmək lazımdır. Burada işləri həll edən dövlətdir".

Kərimovun dediyinə görə, noyabrın 29-da "İmam Hüseyn" meydanı boşaldıldıqdan sonra hər hansı xoşagəlməz hal baş verməyib.

Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) əməkdaşları ictimai-siyasi sabitliyi pozmağı, təxribatlar, kütləvi iğtişaşlar törətməyi planlaşdıraraq din pərdəsi altında fəaliyyət göstərən silahlı cinayətkar dəstə barədə DİN-ə daxil olmuş məlumat əsasında noyabrın 26-da Bakının Nardaran qəsəbəsində əməliyyat keçirib.

Əməliyyat zamanı silahlı insident baş verib. Nəticədə ikisi polis əməkdaşı olmaqla, 6 nəfər ölüb. Bir nəfər isə Sabunçu Rayon 3 saylı Şəhər Klinik Xəstəxanasında dünyasını dəyişib.

965
Ağlayan qız

Dövlət məişət zorakılığının səbəblərini araşdırmağa başlayıb

0
(Yenilənib 16:42 13.04.2021)
Sorğuda iştirak edənlərin, cins, yaş kateqoriyası, təhsil səviyyəsi öyrənilməklə məişətdə zorakılığa məruz qalıb-qalmadıqları, zorakılıq şahidi olub-olmadıqları öyrənilir

BAKI, 13 aprel — Sputnik. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məişət zorakılığının səbəblərini araşdırmaq üçün onlayn sorğuya start verib. Bu barədə komitədən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib.

Sorğuda iştirak edənlərin, cins, yaş kateqoriyası, təhsil səviyyəsi öyrənilməklə məişətdə zorakılığa məruz qalıb-qalmadıqları, zorakılıq şahidi olub-olmadıqları öyrənilir. Eyni zamanda zorakılığa məruz qalarkən hansı quruma üz tutduqları, bu kimi arzuolunmaz halların aradan qaldırılması üçün təkliflər öyrənilir.

Məişət zoraklığı ilə bağlı xəbərlərin KİV-də işıqlanmasına ehtiyac olub-olmadığı da öyrənilir.

Qeyd edək ki, sorğuda iştirak edərək şərh vermək istəyənlər bu linkə keçid edə bilərlər: https://tr.surveymonkey.com/r/CT57RNB

0
Ukrayna hərbçisi , arxiv şəkli

Stoltenberq: "NATO Ukraynanın tərəfindədir"

6
(Yenilənib 16:42 13.04.2021)
"Böyük dövlətlər digərlərinə nəyi etmələrini diktə edə bilməzlər. Biz bu dünyanı keçmişdə qoymaq istəyirik. Biz Ukraynanın modernləşmə və islahatlara istiqamətlənən səylərini dəstəkləyirik".

BAKI, 13 aprel — Sputnik. NATO Ukraynanın tərəfindədir, müttəfiqlər Ukraynanın özünün təhlükəsizliyini təmin etməsi üçün dəstək göstərirlər. Sputnik Azərbaycan xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə birgə keçirdiyi mətbuat konfransında NATO-nun baş katibi Yens Stoltenberq bildirib.

"NATO-nun Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə dəstəyi dəyişməz olaraq qalır. Biz Krımın qanunsuz anneksiyasını tanımırıq, tanımayacağıq. Rusiyanı Ukraynanın şərqindəki silahlılara dəstəyi dayandırmağa, qoşunlarını Ukrayna ərazisindən çıxarmağa çağırırıq", - deyə Stoltenberq bildirib.

O əlavə edib ki, Ukraynanın NATO-ya üzvlüyü məsələsini yalnız alyansın 30 üzvü və Kiyev həll etməlidir, Rusiya buna qarışmamalıdır:

"Böyük dövlətlər digərlərinə nəyi etmələrini diktə edə bilməzlər. Biz bu dünyanı keçmişdə qoymaq istəyirik. Biz Ukraynanın modernləşmə və islahatlara istiqamətlənən səylərini dəstəkləyirik. İslahatlar sonrakı Avroatlantik inteqrasiya üçün ən yaxşı vasitədir".

Stoltenberq vurğulayıb ki, Rusiya təhlükəsizlik sahəsində digər ölkələrin əvəzinə qərar verə bilməz və bu, NATO-ya üzvlük məsələsinə də aiddir.

6