Müdafiə Nazirliyində Kollegiya iclası

Müdafiə Nazirliyində kollegiya iclası keçirilib

18
Bu gün Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə 2015-ci tədris ilində qoşunların hazırlığı üzrə yekunlara dair geniş kollegiya iclası keçirilib.

BAKI, 25 noy-Sputnik. Noyabrın 23-dən başlayaraq Azərbaycan Silahlı Qüvvələrinin bütün rəhbər heyətinin iştirakı ilə üçgünlük toplantı keçirilib.

Sputnik Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verir ki, müdafiə nazirinin müavinlərinin, Silahlı Qüvvələrin növləri və qoşun qisimləri komandanlarının, nazirliyin baş idarə, idarə və xidmət rəislərinin, birlik və birləşmə komandirlərinin, qərargah rəislərinin və digər məsul zabitlərin iştirakı ilə keçirilən toplantıda il ərzində orduda aparılan fəaliyyətlər və əsas istiqamətlər üzrə yerinə yetirilən tapşırıqlarla bağlı vəzifəli şəxslərin məruzələri dinlənilib, perspektiv məsələlər müzakirə edilib.

Təlim mərkəzində və çöl-səhra şəraitində təşkil olunan hazırlıq məntəqələri və nöqtələrində nəzəri və praktiki məşqlər keçirilib.

Silahlı Qüvvələrin rəhbər heyətinin döyüş hazırlığının, bacarıq və qabiliyyətlərinin yoxlanılması məqsədilə toplantıda silahlanmada olan zirehli texnikanın ştat silahından və atıcı silahlardan atışlar icra olunub, generallar və zabitlər müxtəlif növ tırtıllı və təkərli döyüş maşınlarının, avtomobil texnikasının idarə edilməsi üzrə yoxlama tapşırıqları yerinə yetiriblər.
Toplantı iştirakçılarının ümümqoşun nizamnamələri, rəhbəredici və digər normativ-hüquqi sənədlərlə bağlı bilikləri üzrə məqbullar qəbul edilib, şəxsi heyətin fiziki hazırlığının səviyyəsi yoxlanılıb.

Noyabrın 25-də isə Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə 2015-ci tədris ilində qoşunların hazırlığı üzrə yekunlara dair geniş kollegiya iclası keçirilib.

Toplantıda çıxış edən Müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin Silahlı Qüvvələrin fəaliyyətinə verdiyi yüksək qiyməti və ordu qarşısında qoyduğu tapşırıqları diqqətə çatdırıb. General-polkovnik Z.Həsənov dövlət başçısının qayğısı nəticəsində son bir ildə döyüş hazırlığı, şəxsi heyətin sosial-məişət təminatı, eləcə də digər sahələrdə planlı şəkildə həyata keçirilən fəaliyyətləri xüsusi qeyd edib.

Müdafiə naziri hesabat dövründə görülən tədbirlərin təhlilini apararaq xidməti döyüş fəaliyyəti, həyata keçirilən islahatlar, döyüş hazırlığının vəziyyəti, müdafiə sistemi və onun hərtərəfli təminatı, düşmənin təxribat-kəşfiyyat qruplarının basqın cəhdlərinin qarşısının alınması, qoşunların mütəxəssislər ilə komplektləşdirilməsi, eləcə də əldə edilən digər nailiyyətlər və 2016-cı tədris ilində Silahlı Qüvvələrin vəzifələri barədə ətraflı məruzə ilə çıxış edib.

Sonra kollegiya iclasının qərar layihəsi müzakirə edilərək qəbul olunub.

Müdafiə nazirinin əmrinə əsasən, 2015-ci tədris ilində döyüş hazırlığının yekunlarına görə hərbi xidmətdə fərqlənən hərbi qulluqçular medallarla təltif edilib, təşəkkür, fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

18
Teqlər:
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev, Azərbaycan Silahlı Qüvvələri, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Zakir Həsənov, Azərbaycan
Aleksey Navalnıy, arxiv şəkli

Navalnı Putinin sarayını axtarır

0
(Yenilənib 18:18 20.01.2021)
"Bir sarayın hovuzuna Putinin Yeniseydə üzdüyü kadrları montaj ediblər, o kadrları da bütün dünya görüb"

BAKI, 20 yanvar - Sputnik. Bloger və müxalifətçi Aleksey Navalnının Rusiya Prezidenti Vladimir Putinin Gəlincikdə sarayını araşdırması barədə xəbərləri Kremldə “cəfəngiyyat” və “kompilyasiya” kimi dəyərləndiriblər.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, yaxınlarda Navalnının komandası prezidentin Qara dəniz sahilində 100 milyard dollara saray tikdirdiyi barədə material yayıb.

“Bilirsiniz ki, bu mövzu üç-dörd il əvvəl ortaya atılmışdı. İndi də bu konkret halda həmin insinuasiyadan istifadə etməklə boş-boş danışırlar. Özü də heç özlərinə azacıq əziyyət verib nəyisə sübut etməyə, heç olmasa, şəklini göstərməyə də cəhd göstərmirlər”, - Putinin sözçüsü Dmitri Peskov deyib.

Onun fikrincə, bu işdə “yeganə yenilik” “monatj hekayələri”ndən istifadə olunmasıdır.

“Hansısa bir sarayın hovuzuna Putinin Yeniseydə üzdüyü kadrları montaj ediblər, hansı ki, o kadrları da bütün dünya görüb”, - Kremlin nümayəndəsi bildirib.

Peskov vurğulayıb ki, prezidentin administrasiyasının “bununla maraqlanmaq üçün azacıq da olsa həvəsi yoxdur”.  

“Dövlət başçısına qarşı hazırlanmış və hazırlanmaqda olan informasiya hücumlarından çoxdan xəbərimiz var. Təəssüf ki, onlar olub və olacaq. İndi prezidentə onun olmayan bir şeyi şamil etmək istəyirlər. Prezidentin bütün mülkiyyəti hər il özü tərəfindən bəyan edilir, deklarasyada göstərilir”, - Peskov deyib.

0
Teqlər:
Dmitri Peskov, Kreml, Qara dəniz, saray, Vladimir Putin, Aleksey Navalni
Donald Tramp, arxiv şəkli

"Qayıdacam" - Tramp Evdən necə getdi - VİDEO

2
Bu gün Donald Tramp Ağ Evi tərk edib. Ancaq KİV-də dolaşan "Tramp daha prezident olmayacaq" iddialarına rəğmən, o qayıdacağına söz verib. Prezidenti Sinatranın ifası ilə yola salıblar

BAKI, 20 yanvar - Sputnik. Ağ Evi tərk edən ABŞ Prezidenti Donald Tramp tərəfdaşlarına "bu və ya başqa formada" geri dönəcəyini söz verib. 

"Sizi sevirik. Bu və ya başqa formada qayıdacağıq... Qoy hər işiniz yaxşı olsun. Tezliklə görüşənədək", - Vaşinqtonu tərk edib Floridaya uçmazdan əvvəl "Endryus" aviabazasında toplaşmış qohumları və tərəfdarları qarşısında çıxış edən Tramp deyib. 

​O, vitse-prezident Mayk Pensə və Konqresə xüsusi minnətdarlıq edərək birlikdə yaxşı işlədiklərini vurğulayıb. 

Bundan sonra o, ailəsinin yanına qayıdıb, qızı Tiffanini qucaqlayıb, təyyarəyə doğru yönələrkən isə qayıdaraq Ağ Evin sabiq başçısı Mark Midousun əlini sıxıb və fəxri qarovulun müşayiəti ilə prezident təyyarəsinə minib. Təyyarə havaya qalxanda isə aviabazada Frenk Sinatranın ifasında "My Way" (Mənim yolum) mahnısı səsləndirilib.

2
Teqlər:
tərk etmək, Ağ Ev, Donald Tramp