Baş Prokurorluq

Prokurorluq bir neçə KİV rəhbərinə xəbərdarlıq edib

391
(Yenilənib 11:07 23.11.2015)
Mia.az, "Cumhuriyyət", "Qaynarinfo", "Gündəminfo", "Criminal.az", "Strateq.az", "İstiqlal.az", JAM.az və digər KİV rəhbərləri Baş Prokurorluğa dəvət ediliblər.

BAKI, 23 noy-Sputnik. Azərbaycanın Baş Prokurorluğunda aparılmış araşdırmalarla müəyyən edilib ki, son dövrlərdə bir sıra KİV-də "Kütləvi informasiya vasitələri haqqında" qanunun 10 və 11-ci maddələrinin tələbləri kobud surətdə pozularaq müxtəlif dövlət strukturları, onların rəhbərləri və əməkdaşları haqqında, eləcə də Baş Prokurorluqda istintaq olunan cinayət işləri üzrə həqiqətə uyğun olmayan, böhtan xarakterli informasiyalar düzgünlüyü yoxlanılmadan yayımlanıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Sputnik-ə daxil olan məlumatda bildirilir ki, göstərilənlərlə əlaqədar Müstəqil İnformasiya Agentliyi (Mia.az), "Cumhuriyyət", "Qaynarinfo", "Gündəminfo", "Criminal.az", "Strateq.az", "İstiqlal.az", Jurnalist Araşdırma Mərkəzi (JAM.az) və digər KİV rəhbərləri Baş Prokurorluğa dəvət ediliblər. "Prokurorluq haqqında" qanunun 22-ci maddəsinə müvafiq olaraq reallığa uyğun olmayan, qərəzli və böhtan xarakterli məlumatların yayılmasına son qoyulması tələb edilib. Onlara gələcəkdə bu xarakterli məlumatların yayılmasını davam etdirəcəkləri təqdirdə barələrində qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcəyi barədə rəsmi xəbərdarlıq olunub.

391