Kanadalılar məscidi yandırdılar, sonra da bərpası üçün pul topladılar

© xn--j1aidcn.orgKanadanın Peterboro şəhərində yandırılmış məscid
Kanadanın Peterboro şəhərində yandırılmış məscid - Sputnik Azərbaycan
Abunə olmaq
Kanadalılar Paris terrorundan sonra yandırılmış məscidin bərpasına 110 min dollar ianə veriblər.

BAKI, 23 noy — Sputnik. Kanadanın Toronto şəhərində yandırılan Əl-Salaam məscidinə vurulan 80 min dollarlıq zərərə görə xalqdan 110 min dollar ianə toplanıb.

Məscid Parisdə törədilən terror aktından sonra 14 noyabr gecəsi yandırılmışdı.

Hadisədən sonra, məscidin yenidən təmir olunması üçün, Kanada vətəndaşı Duane Rousselle 16 noyabr tarixində internet vasitəsilə ianə kampaniyası başlatmışdı.

Yardım kampaniyasına 3 gün ərzində 2100 nəfər qoşulmuşdu.

Əldə olunan gəlir, məscidin tabe olduğu Kanada Müsəlmanlar Dərnəyinin hesabına köçürülüb.

Xəbər lenti
0