BDU-nun yataqxanası yandı

© SputnikYanğın
Yanğın - Sputnik Azərbaycan
Abunə olmaq
Yanğın Bakının Yasamal rayonunda Təhsil Nazirliyinə məxsus Bakı Dövlət Universitetinin 8 saylı 9 mərtəbəli yataqxana binasında baş verib.

BAKI, 21 noy-Sputnik. Bakıda yanğın hadisəsi qeydə alınıb. Sputnik Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, yanğın Bakının Yasamal rayonunda Təhsil Nazirliyinə məxsus Bakı Dövlət Universitetinin 8 saylı 9 mərtəbəli yataqxana binasında baş verib.

Nəticədə, binanın 6-cı mərtəbəsində dəhlizə yığılmış taxta materialları 45 kv.m sahədə, dəhlizin və digər 2 otağın giriş qapısı yanıb. Otaqlar və binanın qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın zamanı ölən və xəsarət alanların olduğu barədə məlumat yoxdur.

Xəbər lenti
0