G20 Antalya

İlham Əliyev "Böyük İyirmilik" liderləri qarşısında çıxış edib

386
(Yenilənib 23:52 15.11.2015)
Azərbaycan prezidenti İlham Əliyev liderlərlə birgə xatirə fotosu çəkilən zaman ABŞ prezidenti Barak Obama və Rusiyalı həmkarı Vladimir Putinlə salamlaşıb.

BAKI, 15 noy-Sputnik. Noyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyənin Antalya şəhərində "Böyük İyirmilik" ölkələri liderlərinin Sammiti çərçivəsində iqtisadi inkişaf, sərmayələr, məşğulluq mövzularında keçirilən müzakirələrdə çıxış edib.

Dövlət başçısı Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın şəxsi dəvəti ilə Azərbaycanın ilk dəfə olaraq belə mötəbər beynəlxalq tədbirdə iştirak etdiyini vurğulayaraq bu dəvətə görə Türkiyə dövlətinin başçısına minnətdarlığını bildirib.

Azərbaycan Prezidenti son vaxtlar Türkiyədə və Fransada baş vermiş terror aktları ilə əlaqədar bu ölkələrin xalqlarına başsağlığı verib və deyib ki, Azərbaycan Türkiyənin və Fransanın yanındadır.

Sonra Prezident İlham Əliyev çıxışında son illər Azərbaycanın iqtisadi inkişaf yolunda əldə etdiyi mühüm nailiyyətləri diqqətə çatdırıb, ölkəmizdə yaradılmış əlverişli sərmayə mühiti, işsizliyin aradan qaldırılması, yoxsulluğun kəskin şəkildə azaldılması istiqamətində görülən işlərdən danışıb.
Azərbaycan prezidenti İlham Əliyev liderlərlə birgə xatirə fotosu çəkilən zaman ABŞ prezidenti Barak Obama və Rusiyalı həmkarı Vladimir Putinlə salamlaşıb.

Azərbaycan prezidenti İlham Əliyev və ABŞ prezidenti Barak Obama
Azvision
Azərbaycan prezidenti İlham Əliyev və ABŞ prezidenti Barak Obama

Sammit öz işini davam etdirir.

Noyabrın 15-də axşam Türkiyə Respublikasının Baş naziri Əhməd Davudoğlunun adından "Böyük İyirmiliyin" Sammitində iştirak edən dövlət və hökumət başçılarının, beynəlxalq təşkilatların rəhbərlərinin və onların xanımlarının şərəfinə qəbul veriləcək.
Sonra isə Prezident Rəcəb Tayyib Ərdoğanın adından işçi şam yeməyi olacaq.

İlham Əliyev, Rəcəb Tayyib Ərdoğan, Barak Obama, G20-nin Antalya sammitində görüşərkən
Sputnik
İlham Əliyev, Rəcəb Tayyib Ərdoğan, Barak Obama, G20-nin Antalya sammitində görüşərkən

386
Teqlər:
Vladimir Putin, ABŞ, Türkiyə, Antayla, G20, G20, Rəcəb Tayyib Ərdoğan, Barack Obama, İlham Əliyev, Antalya
Taxılçılıqla məşğul olan fermer

Rayonda bir ilki sınaqdan keçirən Balakən sakini ayın fermeri oldu

4
(Yenilənib 21:10 30.11.2020)
"Ayın fermeri" müsabiqəsinin məqsədi nümunəvi fermerlərin müəyyən edilməsi, onların mükafatlandırılaraq həvəsləndirilməsi və qabaqcıl fermerlər arasında sağlam rəqabət mühitinin formalaşdırılmasından ibarətdir

BAKI, 30 noyabr — Sputnik. Azərbaycanda aqrar sahədə fəaliyyətin daha da stimullaşdırılması üçün fermerlər arasında elan edilən "Ayın fermeri" müsabiqəsinin qalibi müəyyənləşib.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a məlumat veriblər ki, müsabiqədə iştirak üçün 40 rayondan ümumilikdə 56 fermer müraciət edib. Müsabiqənin iki mərhələsi üzrə ayrı-ayrılıqda fermerlərin fəaliyyəti qiymətləndirilib.

Komissiya üzvlərinin qiymətləndirməsi nəticəsində qarğıdalı istehsalı sahəsində yüksək məhsuldarlıq əldə etdiyinə görə fermer Zaur Əhmədiyev "Ayın fermeri" müsabiqəsinin qalibi elan edilib. Balakən rayonunda fermer təsərrüfatı quran Zaur Əhmədiyev düzgün aqrotexniki qulluq nəticəsində 35 ha qarğıdalı sahəsindən 308 ton dənlik qarğıdalı istehsal edib. Rayonda ilk dəfə qarğıdalı sahəsində damlama üsulu ilə suvarma sistemini quran fermerin qarğıdalı sahəsində orta məhsuldarlıq 88 sentner təşkil edib. O, ötən il 175 ha sahədən 460 ton taxıl əldə edib. 2019-cu ildə 20 hektar sahədə intensiv bağ salan Zaur Əhmədiyev heyvandarlıq sahəsində də fəaliyyət göstərir və hazırda təsərrüfatında 298 baş iribuynuzlu heyvan var.

Qeyd edək ki, "Ayın fermeri" müsabiqəsinin məqsədi nümunəvi fermerlərin müəyyən edilməsi, onların mükafatlandırılaraq həvəsləndirilməsi və qabaqcıl fermerlər arasında sağlam rəqabət mühitinin formalaşdırılmasından ibarətdir.

Xatırladaq ki, müsabiqənin təşkili ilə bağlı təsdiqlənən qaydalara əsasən, müsabiqədə "Elektron Kənd Təsərrüfatı" İnformasiya Sistemində (EKTİS) qeydiyyatdan keçmiş və 2 ildən az olmayan müddətdə kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fermerlər iştirak edə bilər.

4
Teqlər:
qarğıdalı, fermer, Balakən
Kitablar, arxiv şəkli

Qonkur mükafatının qalibi açıqlanıb

3
(Yenilənib 20:55 30.11.2020)
COVID-19 səbəbi ilə laureat bu dəfə hər il olduğu kimi, Parisin "Druan" restoranında deyil, videokonfrans vasitəsi ilə elan edilib

BAKI, 30 noyabr — Sputnik. Fransanın ən böyük ədəbiyyat mükafatı olan Qonkurun builki qalibi açıqlanıb.

Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu, fransız yazıçı Erve Le Telye olub. O, bu mükafata "Anomaliya" romanına görə layiq görülüb.

COVID-19 səbəbi ilə laureat bu dəfə hər il olduğu kimi, Parisin "Druan" restoranında deyil, videokonfrans vasitəsi ilə elan edilib.

Xatırladaq ki, Qonkur artıq yüz ildən çoxdur ki, fransız dilində yazılmış ən yaxşı romana verilir. Mükafat Qonkur qardaşlarının vəsiyyəti əsasında təsis edilib. Məbləği simvolik olaraq 10 avro təşkil etsə də, qalibə böyük nüfuz və yüksək tiraj qazandırır.

 

3
Teqlər:
kitab, Fransa, ədəbiyyat, mükafat