American Airlines şirkətinin təyyarəsi

"American Airlines" Parisə olan bütün uçuşları dayandırıb

346
(Yenilənib 13:52 14.11.2015)
Parisin "11 Sentyabr"ı adlandırılan noyabrın 13-ü baş vermiş terror hadisəsindən sonra hava sektorundan ilk reaksiya "American Airlines" aviaşirkətindən verilib.

BAKI, 14 noy —Sputnik. Parisin "11 Sentyabr"ı adlandırılan noyabrın 13-ü baş vermiş terror hadisəsindən sonra hava sektorundan ilk reaksiya "American Airlines" aviaşirkətindən verilib.
Sputnik AZƏRTAC-a istinadən xəbər verir ki, ABŞ-a məxsus aviaşirkət Parisə olan bütün uçuşları dayandırıb. Bu barədə aviaşirkətin rəsmi nümayəndəsi Coşua Frid bildirib ki, hal-hazırda Fransanın "Şarl de Qoll" hava limanına uçuşlar açıqdır. Lakin onlar əlavə məlumat alana qədər uçuşları saxlayıblar.

Uçuşların bərpa olunma tarixi barədə heç bir açıqlama verilməyib. Digər aviaşirkətlərində təhlükəsizlik səbəbiylə buna bənzər qərarlar alacaqları gözlənilir.

Fransanın Xarici İşlər Nazirliyi noyabrın 13-də hava və dəmir yolu ilə ölkəyə giriş çıxışın sərbəst şəkildə olacağını bildirib.

Qeyd edək ki, Fransanın "Orly" hava limanı terror hadisəsinə görə bağlanıb.

346
Teqlər:
"Şarl de Qoll" hava limanı, Coşua Frid, Orly, American Airlines, "American Airlines" aviaşirkəti, Coşua Frid, Fransa, Paris, Amerika