BAKI, 10 noy —Sputnik. Türkiyənin baş naziri Əhməd Davudoğlu Azərbaycana səfər edəcək.
Sputnik Türkiyə mediasına istinadən xəbər verir ki, 1 noyabrda keçirilən parlament seçkilərində qələbə qazanan Ədalət və İnkişaf Partiyasının Mərkəzi Qərar və İcra Şurasının bu gün seçki sonrası ilk iclası keçiriləcək. Daha sonra prezident Rəcəb Tayyib Ərdoğanın baş nazirliyi dövründə olduğu kimi, Əhməd Davudoğlu partiyasının ən çox səs aldığı vilayətlərə təşəkkür səfəri edəcək. Sonra o, ilk xarici səfərlərinə başlayacaq. O, bir günlüyə Şimali Kipr Türk Cümhuriyyətinə, sonra Azərbaycana və İraqa səfər edəcək.