meyvə-tərəvəz

Qışda bu tərəvəzləri mütləq yeyin

339
(Yenilənib 11:26 10.11.2015)
Bu cür qidalar insan bədəninə daha çox antioksidan girməsini təmin edir. Bu antioksidanlar xərçəngə qarşı orqanları daha dözümlü hala gətirir.

BAKI, 10 noy — Sputnik. Yay fəslindən fərqli olaraq, qış aylarının tərəvəzləri həm immuniteti gücləndirir, həm də daha rahat həzm olunur, yəni yüngül olur.

Bu cür qidalar insan bədəninə daha çox antioksidan girməsini təmin edir. Bu antioksidanlar xərçəngə qarşı orqanları daha dözümlü hala gətirir.

Yaşıl rəngli qış tərəvəzləri, gözlərin sağlam qalmasını təmin edir.

Bu tərəvəzlərə yaşıl rəng verən xlorofil isə həm antioksidan həm iltihab əleyhinə toxumaları bərpa və yaxşılaşdırıcı xüsusiyyətə malikdir.

1. Tərkibindəki K vitamini ilə konsentrasiyanı gücləndirən və sinir sisteminə müsbət təsirləri olan əvəlik alzehimer xəstəliyinin yaranmasına imkan vermir.

2. A, C, E, K vitamin tərkibli, həmçinin maqnezium, fosfor və yod ehtiva edən ispanaq bitki mənşəli zülallarla olduqca zəngindir

3. Tərkibində bol miqdarda kalsium və C vitamini olan brokoli, astrojen xormonunu tənzimlədiyi üçün xüsusilə menopoz dövründəki qadınlar tərəfindən qəbul edilməlidir.

4. Özündə fol turşu vitamini ehtiva edən pazı hamilə qadınlar tərəfindən istehlak edilə bilər. Tərkibi kalsium, A və C vitamini ilə zəngindir.

339
Teqlər:
immuneti gücləndirmək, xlorofil, qış aylarının meyvələri, qış aylarının tərəvəzləri, qışda meyvə, qışda qidalanma, qışda tərəvəz
Təhsil Nazirliyi

Direktor vəzifəsinə işə qəbul üzrə imtahan təxirə salınıb - SƏBƏB

32
Müvafiq məlumatlar vətəndaşların şəxsi kabinetinə və telefon nömrələrinə göndərilib. İmtahanın keçirilmə vaxtı və yeri barədə yenilənmiş məlumatlar texniki profilaktik işlər yekunlaşdıqdan sonra elan olunacaq

BAKI, 6 mart - Sputnik. 6 mart saat 16:00 tarixində keçirilən direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin test mərhələsində yaranmış texniki nasazlıqla əlaqədar imtahan dayandırılıb və növbəti tarixə təxirə salınıb.

Təhsil Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, qeyd olunan tarixdə imtahanda iştirak etmiş hər bir iştirakçı təkrar imtahana cəlb olunacaq və onlara yeni sual variantı təqdim olunacaq.

"Eyni zamanda bildiririk ki, texniki profilaktik işlərin görülməsi ilə əlaqədar 7 mart 2021-ci il tarixində keçirilməsi planlaşdırılan direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin test imtahan mərhələsi təxirə salınıb.

Müvafiq məlumatlar vətəndaşların şəxsi kabinetinə və telefon nömrələrinə göndərilib. İmtahanın keçirilmə vaxtı və yeri barədə yenilənmiş məlumatlar texniki profilaktik işlər yekunlaşdıqdan sonra elan olunacaq".

32
Nyu-Yorkda etirazlar

Demokratiyanın beşiyində etirazçıların bayraq açmasına qadağa qoyulub

6
(Yenilənib 21:37 06.03.2021)
Nümayişçilərin “Tramp 2024-də Amerikanı xilas et” yazılmış bayrağı açmaq istəməsi Black Lives Matter hərəkatının üzvlərinin etirazına səbəb olub.

BAKI, 6 mart — Sputnik. Nyu-Yorkun Tayms meydanında keçmiş ABŞ prezidenti Donald Tramp tərəfdarlarının açdığı bayraq toqquşmalara səbəb olub. Sputnik Azərbaycan xarici mediaya istinadla xəbər verir ki, çox sayda nümayişçi qarşıdurmaya müdaxilə edən təhlükəsizlik qüvvələri əməkdaşları tərəfindən saxlanılıb.

Nümayişçilərin “Tramp 2024-də Amerikanı xilas et” yazılmış bayrağı açmaq istəməsi Black Lives Matter (Qara həyatlar dəyərlidir) hərəkatının üzvlərinin etirazına səbəb olub. ABŞ polisi Tramp tərəfdarlarına bayrağı sona qədər açmağa imkan verməyib.

6