CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Atatürkün ölümündən 77 il ötür

© faiqalekperovworldpressMustara Kamal Atatürk - Türkiyə Cümhiriyyətinin banisi
Mustara Kamal Atatürk - Türkiyə Cümhiriyyətinin banisi - Sputnik Azərbaycan
Abunə olmaq
Mustafa Kamal hǝr il olduğu kimi bu il dǝ dövlət və xalq səviyyəsində minnǝtdarlıqla xatırlanır.

BAKI, 10 noy — Sputnik. Bugün Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün ölümündən 77 il ötür.

Dahi şəxsiyyət Mustafa Kamal Atatürk şǝhidlǝrin qanı ilǝ xilas edilmiş türk torpaqlarını millətə ǝmanǝt edǝrǝk, 1938-ci il noyabrın 10-u günü ǝbǝdiyyǝtǝ qovuşub.

Mustafa Kamal hǝr il olduğu kimi bu il dǝ dövlət və xalq səviyyəsində minnǝtdarlıqla xatırlanır.

Türkiyə Cumhuriyyətinin (TC) qurucusu Mustafa Kamal Atatürk 1881-ci il indiki Yunanıstanın Selanik şəhərində dünyaya gəlib. Anası Zübeydə xanım, atası Əli Rzaəfəndidir. Orta təhsilini məhəllə məktəbində alan Mustafa 1893-cü ildə Selanik hərbi məktəbinə daxil olub. Burda təhsil alarkən məktəbin riyaziyyat müəllimi Yüzbaşı (Kapitan) Mustafa Səbri bəy ona mükəmməl mənasına gələn "Kamal" adını verir. Fransız dili müəllimi Yüzbaşı Nakiyüddin bəyin fikirlərinin təsirində qalan Mustafa Kamalda müstəqillik düşüncəsi o vaxtlar formalaşır.

1896-cı ildə Monastr Hərbi məktəbinə daxil olaraq 1899-cu ildə burdan məzun oldu. 1897-ci ildə başlayan Osmanlı-Yunan müharibəsində iştirak etmək istəsə də həm yaşının azlığı, həm də tələbə olması səbəbilə buna izn verilməyib.

© AP PhotoMustafa Kamal Atatürk - Türkiyə Cümhuriyyətinin qurucusu
Mustafa Kamal Atatürk - Türkiyə Cümhuriyyətinin qurucusu  - Sputnik Azərbaycan
Mustafa Kamal Atatürk - Türkiyə Cümhuriyyətinin qurucusu

1899-cu ildə İstanbul "Mekteb-i Harbiye-i Şahane"yə (Hərbi Akademiya) daxil oldu və 549 akademik arasında birinci ili 27, ikinci ili 11, üçüncü ili isə 8-ci yerdə Mülazim (Leytnant) rütbəsilə başa vurdu. 1905-ci ildə isə həmin akademiyadan Kurmay Yüzbaşı (Qərargah Kapitanı) rütbəsi ilə məzun oldu.

Mustafa Kamal o zamankı Osmanlı ordusunun tərkibində ölkənin müxtəlif yerlərində vəzifələrdə olmub, getdiyi yerlərdə isə hərbi vəzifəsi ilə yanaşı müstəqillik fikirlərini də təbliğ edib.

1910-cu ildə Fransada keçirilən hərbi təlimlərdə iştirak edən Mustafa Kamal komandirinin xəbərdarlığı ilə təlim təyyarəsinə minmir. Məlumata görə, həmin təyyarə qəzaya uğrayıb və pilotlar hamısı həlak olub. Bəzi yazıçılar ömrü boyu təyyarəyə minməyən Mustafa Kamalın bu hərəkətini təlimdə baş vermiş qəza ilə izah edirlər.

Daha sonra müxtəlif vəzifələrdə olan və bir çox müharibədə iştirak edən Mustafa Kamalı Osmanlı padşahı IV Vahiduddin Anadoluya göndərir. 1919-cu il mayın 19-da Samsun şəhərinə çatan Mustafa Kamal iyunun 22-də hazırladığı bəyanatla millətin gələcəyinin yenə də millətin əzmkarlığı və qərarlılığı ilə ilə xilas ola biləcəyini elan edir.

1920-ci il aprelin 23-də Ankarada Türkiyə Böyük Millət Məclisinin (TBMM) açılmasını təmin edərək özü də Ərzurumdan millət vəkili olur. Məclisin spikeri və hökumətin başçısı kimi Anadoluda Milli İstiqlal (Qurtuluş) mübarizəsini başladacaq hökumətin bazasını yaradır.

1923-cü il oktyabrın 29-da Osmanlı dövlətini ləğv edərək Türkiyə Cumhuryyətini elan edən Mustafa Kamal Atatürk 10 noyabr 1938-ci il saat 09:05-də tutulduğu sirroz xəstəliyindən İstanbulda Dolmabaxça sarayında vəfat edib. Cənazəsi 21 noyabr 1938-ci ildə müvəqqəti olaraq Ankara Etnoqrafiya Muzeyində dəfn edilib. Mavzoleyi tikildikdən sonra 10 noyabr 1953-cü ildə oraya köçürülüb.

© wikipedia.orgAnıt qəbir - Mustafa Kamal Atatürkün məzarı
Anıt qəbir - Mustafa Kamal Atatürkün məzarı  - Sputnik Azərbaycan
Anıt qəbir - Mustafa Kamal Atatürkün məzarı

Atatürkün nəşi Anıtqəbir mavzoleyinə ölümündən 15 il sonra gətirilib. Anıtqəbrə Türkiyənin bir çox regionlarından, o cümlədən Atatürkün doğulduğu Selanikdən torpaqlar gətirilərək tökülüb. Onun qəbri üçün Kipr, Koreyadakı türk şəhidliyi və Suriyadakı Süleyman Şah Türbəsin, Azərbaycanda daxil olmaqla 105 nöqtədən torpaq gətirilib. Bu torpaqlar məzarın kənarındakı mis qablarda yerləşdirilib. İstanbul və Çanakqala boğazlarından gətirilən sudan istifadə edilib.

Xəbər lenti
0