Yaponiyanın bayrağı

Yaponların fövqəladə uğurlarının sirri idi

309
(Yenilənib 16:45 08.11.2015)
Yapon Firmalarında İdarəetmə və Müvəffəqiyyətlərin sirləri barədə faktlar.

BAKI, 8 noy — Sputnik. Yaponiya, iqtisadi cəhətdən dünyanın ən önəmli güc mərkəzlərindən biridir. Texnoloji üstünlüklərini hər sahədə dahiyanə inkişaf etdirərən yapon firmaları, mövcud dünyada sarsılması qeyri-mümkün olan bir imperiya qurublar. Bəs yapon firmalarının uğurlarının təməlindəki sirr nədir?

Əslində, kiçik bir araşdırmayla bunu anlamaq heç də çətin deyil. İşgüzar rəhbərlik üslubu, şəffaflıq, bərabərlik, maddi imkanlar və ən vacibi "daimi məşğulluq" anlayışları bu müvəffəqiyyəti izah edir. Yüksək səviyyədə təşkil edilmiş "firma-işçi" münasibətləri və insanların işlədikləri firmaları bir ailə təşkilatı kimi görmələri, davamlı olaraq yüksək məhsuldarlığın təminatçısıdır.

Sputnik yapon idarəetməsinin möhtəşəm uğurlarını nəzərə alaraq, bu sistemin bəzi sirlərini Cazibe-yə istinadən açıqlayır.

Müasir dünyada yapon şirkətlərinin müvəffəqiyyəti heyrətamizdir. Xüsusilə avtomobil, elektrik və elektronik sahələrdə yapon şirkətlərində müşahidə olunan inanılmaz artım tempi bütün dünyanın marağına səbəb olub. Uğurlu yapon idarəetməsinin sirlərini öyrənərək, tətbiq etmək çox faydalıdır. Hal-hazırda dünyanın bir çox iri şirkətləri Yaponiyadakı şirkətlərin sturukturunu, iş sistemini və qaydalarını dərindən öyrənirlər. Yapon şirkətlərini müvəffəqiyyətə aparan şey, ayrı-ayrılıqda nə insan faktoru, nə də sistemdir. Yapon idarəetməsindəki müvəffəqiyyətin sirri "təşkilat mədəniyyəti" və ya "təşkilat iqlimi"ndə axtarılmalıdır. Təşkilat mədəniyyəti bir təşkilatdakı bütün ünsürləri ehtiva etməkdədir: rəhbərlik, işçilər, iş alətləri və ya texnika, sistem, ətraf mühit və sairə.

Bu ünsürlərin heç biri tək başına bir təşkilatı uğurlara apara bilməz. Yaxşı yetişmiş, səriştəli insan gücü, özünə dəyər verməyən, motivasiyanı yüksəltməyən, təqdir etməyən və mükafatlandırmayan bir idarəetmədə yüksək performans göstərə bilməz. Rəhbərliyin vizion və missiya sahibi olması çox vacibdir. Vizion olmadan missiya olmaz, missiya olmadan da reallaşdırılması nəzərdə tutulan hədəfə, yəni viziona çatmaq olmaz.

Təşkilatda qurulmuş sistem və bu sistemin qaydaları çox mühümdür. Qaydaların açıq və ədalətli müəyyən olunmadığı heç bir təşkilatdan möcüzəvi bir müvəffəqiyyət gözləmək olmaz. Yaxşı bir oyun üçün həm oyunçuların, həm də oyunun qaydalarının yaxşı olması lazımdır. Xülasə, keyfiyyətli insan resursları və keyfiyyətli sistem olmadan yüksək performans və müvəffəqiyyət xəyaldan başqa bir şey deyildir.

KAIZEN

Yaponiyada fəaliyyət göstərən təşkilatları analiz edən mütəxəssislər, bu ölkədə kadrların və sistemin keyfiyyətinə xüsusi önəm verildiyini bildirirlər. "Yapon idarəetməsi" anlayışında şirkət mədəniyyətində 7 qanun çox əhəmiyyətlidir. Bu yeddi qanunun birincisi və mənə görə ən vacibi "Kaizen" fəlsəfəsidir. Kaizen, yapon dilində "davamlı inkişaf" deməkdir. Uğur, yalnız bir dəfə baş tutarsa, əldə edilən mənfəət də bir dəfəyə məxsusdur. Tədrici inkişaf isə, asta və daimi inkişafdır. Vacib olan isə, əvvəlcə təşkilat iqliminin bütün ünsürlərini tanımaq və buna inanmaqdır. Bundan sonra sürətli və radikal dəyişiklik lazımlıdır. Bu radikal dəyişikliyin nəticəsi olaraq təşkilat performansında "sıçrama" baş tutacaqdır. Bu mərhələ, sonu olan bir mərhələ deyildir və fasilə vermədən bu inkişaf performansını davam etdirmək lazımdır. Bunun üçün də "Kaizen" fəlsəfəsinə inanmaq lazımdır.

KESSAI

Japoniyada şirkət mədəniyyətində ikinci əhəmiyyət daşıyan ünsür "Kessai"dir. Bu anlayış, idarəetmə elmində "qrup çalışması" və "sinerjik idarəetmə" olaraq bilinən fəlsəfəni ifadə edir. Kessai, təşkilatda komanda işini, konsensusa əsaslanan qərar vermə qanununu, işçilərini, prosesisnin hər səviyyəsində qərar qəbul etmə prosesinə cəlb edilməsini, dialoq və ünsiyyətə önəm verilməsini təklif edir.

KAISHA (KYOSEI)

Japon idarəetməsinin uğurlarının üçüncü sirri, yaponların "Kaisha" və ya "Kyosei" adlandırdıqları fəlsəfədir. Kyosei, yaponca "ortaq həyat" mənasını verir, yəni, hər bir şirkətdə ailə həyatına bənzər həmrəylik mövcud olmalıdır. Yaponlar, işlədikləri şirkəti, ikinci ev olaraq görürlər. Şübhəsiz ki, ailədə xoşbəxt olmayan bir uşağın yaşadığı evi tərk etməsi kimi, işlədiyi təşkilatdan məmnun olmayan bir işçinin işdən ayrılması da labüddür. Ancaq burada vacib olan "müştəri məmnuniyyətindən" əvvəl "işçilərin məmnuniyyəti" dir. İşçilərinin xoşbəxt olmadığı bir şirkətdə müştəriləri də məmnun etmək çətindir. Bu səbəbdən əvvəlcə işçilərə bir insan olaraq dəyər verilməlidir.

POKA YOKE

Yaponların "Poka Yoke" adını verdikləri anlayış çox əhəmiyyətlidir. Poka Yoke, səhvin qarşısını almaq üçün tədbir görməkdir. Poke Yoke, iş prosesində məhsulun dizaynını səhvsiz yaratmağa çalışmaq mənasına verir.

JIDAKO

Jidako, istehsalatda səhvləri araşdıran mexanizmə verilən addır. Bu mexanizm, istehsal prosesində səhvlər müəyyən olunarsa, istehsalın avtomatik olaraq dayandırılmasını təmin edir. Yaponların problemi əvvəlcədən həll etmək üçün istifadə etdikləri bu anlayış, şirkətlərə uğur qazanmaq üçün təxmin edildiyindən də çox zəruridir. Bu mexanizm, təşkilatdakı israfçılığı minimuma endirərək, fəaliyyəti və məhsuldarlığı artırır. Amerikalılar, son illər bu anlayışa "sıfır səhv cərəyanı" adını vermişlər. İdarəetmə problemləri üzrə Filip Krosbi adlı bir mütəxəssis, bu cərəyanın ABŞ-dakı qabaqcıllarından biri kimi tanınır.

HOSHIN

Japon idarəetmə mədəniyyətində önəm daşıyan digər bir qanunu "Hoshin" anlayışı ilə ifadə edilir. Hoshin, planlı rəhbərliyi ifadə edir. Yaponların bu anlayışı, idarəetmə elmində "Strateji Rəhbərlik" adı altında tədqiq olunur.

DONTOTSU

Japonların şirkət mədəniyyətində "Dontotsu" adı verilən qanun çox önəmlidir. Dontotsu, "yaxşıların yaxşısı"nı tapmağa çalışmaq və təşkilata uyğunlaşdırmaq mənasını verir. Müvəffəqiyyət qazanmış şirkətləri tanımaq, onlardan yeni şeylər öyrənmək və bunları tətbiq etmək, tətbiq olunan firmada performans səviyyəsinin yüksəldilməsinə xidmət edir. Axır zamanlar, manecmentdə bu qanun "benchmarking" adı ilə tanınır və şirkətlərdə uğurla tətbiq edilir. İndi dünyanın qabaqcıl şirkətləri, yaponların Dontotsu adını verdikləri üsulu tətbiq etməyə çalışırlar.

309
Teqlər:
Filip Krosbi, firma, DONTOTSU, HOSHIN, JIDAKO, POKA YOKE, KAISHA (KYOSEI), KESSAI, KAIZEN, şirkət, Yaponiya
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Ağdam şəhərində

Prezident İlham Əliyev Ağdamda Azərbaycan bayrağını ucaldıb - VİDEO

7
(Yenilənib 21:04 23.11.2020)
Səfər zamanı Prezident və Birinci xanım Ağdam Cümə məscidində olublar. Həmçinin Prezident İlham Əliyev Ağdamda Azərbaycan bayrağını qaldırıb.

BAKI, 23 noyabr — Sputnik. Noyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Ağdam şəhərində olublar.

Səfər zamanı Prezident və Birinci xanım Ağdam Cümə məscidində olublar. Həmçinin Prezident İlham Əliyev Ağdamda Azərbaycan bayrağını qaldırıb.

Ağdam rayonu Ermənistan silahlı qüvvələri tərəfindən noyabrın 20-də üçtərəfli bəyanatın şərtlərinə əsasən azad edilib.

Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 9-da imzalanıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə bəyanat veriblər.

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-dək Azərbaycan Respublikasına qaytarılır. 2020-ci il noyabrın 15-də Azərbaycan Respublikasına Kəlbəcər rayonu, dekabrın 1-də Laçın rayonu qaytarılır. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılır.

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

7
Teqlər:
Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva, Cümə məscidi, Üçtərəfli bəyanat, Azərbaycan bayrağı, Ağdamın azad olunması
Tibbi maskada olan qızlar, arxiv şəkli

Koronavirusla mübarizəyə həsr olunmuş beynəlxalq fotomüsabiqə elan olunub

5
Müsabiqə dünyanın bütün yerlərindən olan peşəkar fotomüxbirlər üçün açıqdır. Kütləvi informasiya vasitələrində çalışan peşəkar xəbər fotoqrafları müsabiqədə iştirak edə bilər.

BAKI, 23 noyabr — Sputnik. Rusiyanın TASS agentliyinin təşkilatçılığı ilə "Koronavirusla mübarizəyə həsr olunmuş xəbərlər üzrə foto mükafatları" müsabiqəsi elan olunub.

Sputnik Azərbaycan xəbər verir ki, müsabiqə dünyanın bütün yerlərindən olan peşəkar fotomüxbirlər üçün açıqdır. Kütləvi informasiya vasitələrində çalışan peşəkar xəbər fotoqrafları müsabiqədə iştirak edə bilər.

Bu, COVID-19 pandemiyası ilə mübarizə mövzusuna həsr olunmuş beynəlxalq fotomüsabiqədir. Təqdim edilən fotoşəkillər yalnız pandemiya ilə əlaqəli olmalıdır. Müsabiqənin şərtlərinə görə yalnız əvvəllər mediada yayımlanan fotoşəkillər keçərlidir.

Birinci yerin qalibinə 10 min dolları veriləcək.

Ətraflı məlumat almaq və müraciət etmək üçün https://npacontest.com/ ünvanına daxil olun

5
Teqlər:
müsabiqə, COVID-19, Koronavirus