Toğrul Türkeş - MHP-nin liderlərindən biri

Toğrul Türkeş MHP-ni məhkəməyə verib

37
(Yenilənib 20:48 07.11.2015)
MHP isə bəyan edib ki, Türkeş artıq AKP-nin üzvü və millət vəkilidir, MHP ilə bir əlaqəsi yoxdur.

BAKI, 7 noy-Sputnik. Türkiyənin Milliyətçi Hərəkat Partiyasından (MHP) çıxarılmış, Ədalət və İnkişaf Partiyasından (Ankara) millət vəkili seçilmiş Toğrul Türkeş MHP-nin Mərkəzi İntizam Komissiyasının onun haqqında çıxardığı qərarla bağlı məhkəməyə müraciət edib. O, MHP üzvlüyündən çıxarılma qərarını ədalətsiz saydığı və onun ləğv olunması üçün bu addımı atıb. MHP isə Türkeşin bu addımını şərh edib və məhkəmədən onun iddiasını rədd etməyi istəyib. MHP Mətbuat Xidmətinin yaydığı yazılı açıqlamada deyilir: AKP-nin Ankara millət vəkili Yıldırım Toğrul Türkeş Ankara Məhkəməsinə MHP-nin Mərkəzi İntizam Komissiyasının onun haqqında verdiyi "MHP üzvlüyündən tam çıxarılma cəzası"nı ləğv etmək istəyi ilə müraciət edib.

Yıldırım Toğrul Türkeş hazırda AKP üzvüdür və AKP-nin millət vəkilidir. Bundan başqa, Yıldırım Toğrul Türkeş İntizam Komissiyasının qərarından əlavə partiyaya göndərdiyi məktubla MHP üzvlüyündən və TBMM-dəki qrup üzvlüyündən istefa verib. Beləliklə, onun partiya ilə hər hansı bir bağlılığı qalmayıb. Bununla belə, məhkəməyə İntizam Komissiyasının qərarı ilə bağlı sənədlər göndəriləcək."

Toğrul Türkeş bu ilin avqust ayında seçim hökumətində baş nazir Əhməd Davudoğlunun müavini təyin olunduğu üçün MHP-dən xaric edilmişdi.

Toğrul Türkeş MHP-nin sabiq lideri, mərhum Baş buğ Alparslan Türkeşin oğludur.

37
Dəniz quldurlarının bayrağı, arxiv şəkli

Dəniz quldurlarının öldürdüyü talesiz azərbaycanlı - VİDEO

24
(Yenilənib 00:09 25.01.2021)
Fərman İsmayılov yaxın günlərdə Azərbaycana gələcəkmiş. Ancaq sonradan növbəti əməkdaşların pandemiya səbəbindən gəmiyə gələ bilməməsi onun gəmidə qalmasına səbəb olub.

BAKI, 24 yanvar - Sputnik. Ötən gün axşam saatlarında nigeriyalı dəniz quldurları Qvineya körfəzində Türkiyə gəmisinə basqın ediblər. Nəticədə də 15 nəfər girov götürülüb, bir azərbaycanlı öldürülüb. Öldürülən şəxsin Siyəzən rayon sakini 45 yaşlı Fərman İsmayılov olduğu məlum olub. Onun nəşi yanvarın 26-də Azərbaycana gətiriləcək. Hadisə ilə bağlı Fərman İsmayılovun qardaşı Ayaz İsmayılov ''XəzərXəbər''ə açıqlama verib.

Hadisə Qvineya körfəzində Türkiyəyə məxsus "Mozart" adlı gəmidə baş verib. Gəmi qəfildən nigeriyalı dəniz quldurlarının basqınına məruz qalıb. Məlumata görə, Liveriya bayrağı altında üzən gəmi Laqosdan Keyptauna doğru hərəkət edirmiş. Gəmidə ümumilikdə 19 nəfər olub.Silhalılar gəmidə olan yeganə azərbaycanlı Fərman İsmayılovu öldürüblər.Digər 15 Türkiyə vətəndaşı isə girov götürülüb. Gəmi heyətindən 3 nəfər xilas ola bilib və gəmini təhlükəsiz limana çatdırıblar.

Dəniz quldurlarının qətlə yetirdiyi Fərman İsmayılovun qardaşı Ayaz İsmayılovun sözlərinə görə, Fərman 18 ildən çox müddətdə həmin gəmidə ikinci mexanik vəzifəsində çalışırmış. Qardaşının vəfat etməsi xəbərini isə ona şirkətdən məlumat veriblər.

Ayaz İsmayılov deyir ki, qardaşı yaxın günlərdə Azərbaycana gələcəkmiş. Ancaq sonradan növbəti əməkdaşların pandemiya səbəbindən gəmiyə gələ bilməməsi onun gəmidə qalmasına səbəb olub.

Bu arada Türkiyə rəsmiləri Nigeriya sahillərində "Mozart" adlı yük gəmisinin dəniz quldurları tərəfindən qaçırılan heyət üzvlərinin tapılması istiqamətində fəaliyyətlərə başlayıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə gəminin dördüncü kapitanı Furkan Yaren arasında telefon danışığı olub, son vəziyyətlə bağlı məlumat verilib. Mövlud Çavuşoğlu gəminin məxsus olduğu şirkətin icraçı direktoru Osman Levent Karsanla da telefonla danışaraq qaçırılan gəmiçilərin ən qısa zamanda evlərinə qaytarılması istiqamətində bütün imkanların səfərbər ediləcəyini bildirib.

Türkiyənin başda Abuca olmaqla Nigeriya və qonşu ölkələrdəki bütün səfirliklərin qaçırılan heyət üzvlərini xilas etmək üçün səfərbər olduğu qeyd edilir.

Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu yerli mətbuata bildirib ki, qaçırılan "Mozart" gəmisi bu gün saat 11.00-da Qabonun Gentil limanında lövbər salıb. Fərman İsmayılovun nəşi və 3 heyət üzvü hazırda gəmidədir.

Hadisəyə Azərbaycanın Xarici İşlar Nazirliyindən də münasibət bildirilib. Nazirliyin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva açıqlamasında bildirib ki, Türkiyə tərəfi ilə qarşılıqlı əlaqələndirmə əsasında nəşin vətənə gətirilməsi üçün müvafiq tədbirlər həyata keçiriləcək.

Türkiyənin Qabondakı səfirliyinin vasitəçiliyi ilə cəsəd paytaxt şəhər Librevilə göndəriləcək. Daha sonra nəşin Türkiyə Hava Yollarının ilk uçuş reysi ilə, yəni 26 yanvar tarixində Türkiyə üzərindən Azərbaycana yola salınması planlaşdırılır.

24
Teqlər:
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Rəcəb Tayyib Ərdoğan, Türkiyə, dəniz quldurları
SpaceX şirkətinin  Falcon 9 raketinin buraxılışı, arxiv şəkli

Orbitə bir dəfəyə rekord sayda kosmik aparat çıxarılıb

11
(Yenilənib 23:34 24.01.2021)
Daşıyıcı raketin göyərtəsində 133 dövlət və kommersiya peyki var. Bundan əlavə, həmin buraxılışa 10 "Starlink" internet mikro-peyki daxildir. orbitə bir dəfəyə rekord sayda kosmik aparat çıxarılan ilk buraxılışdır.

BAKI, 24 yanvar - Sputnik. "SpaseX" şirkəti bu gün "Falcon-9" raket daşıyıcısının 143 raketlə orbitə buraxılışını həyata keçirib.

Sputnik Azərbaycan xəbər verir ki, start ABŞ-ın şərq sahili vaxtı ilə saat 10:00-da (19:00 GMT+4) Kanaveral (Florida ştatı) kosmodromunda baş tutub.

Daşıyıcı raketin göyərtəsində 133 dövlət və kommersiya peyki var. Bundan əlavə, həmin buraxılışa 10 "Starlink" internet mikro-peyki daxildir. Şirkətdən bildirirlər ki, bu, orbitə bir dəfəyə rekord sayda kosmik aparat çıxarılan ilk buraxılışdır.

Peyklər sartdan təxminən bir saat sonra yerətrafı orbitə buraxılıb.

11
Teqlər:
kosmik stansiya, kosmik, orbit, "SpaceX", İlon Mask