Maliyyə naziri Samir Şərifov

Beynəlxalq Bankın 25-30% işçisi ixtisar ediləcək

20
Samir Şərifov qeyd edib ki, bu addım bankda qənaət rejiminin tətbiqi ilə bağlıdır.

BAKI, 1 noy — Sputnik. Azərbaycan Beynəlxalq Bankında (ABB) ciddi ixtisarlar aparılacaq.

Bunu "APA-Economics"ə maliyyə naziri Samir Şərifov bildirib.

Nazir qeyd edib ki, bu addım bankda qənaət rejiminin tətbiqi ilə bağlıdır: "Bankın kollektivinin 25-30%-i ixtisar olunacaq. Bu, qənaət rejiminin tətbiqi ilə bağlıdır".

S. Şərifov bildirib ki, bankda korporativ idarəetmə da xeyli təkmilləşdiriləcək.

Bundan başqa, nazir əlavə edib ki, ABB-nin sağlamlaşdırılması prosesi öz axarı ilə davam edir: "Bildiyiniz kimi, problemli aktivlər "Aqrarkredit" tərəfindən alınır. Bir sözlə, bankın sağlamlaşdırılması istiqamətində bütün zəruri tədbirlər görülür".

Qeyd edək ki, bu gün S. Şərifov parlament seçkilərində iştirak etmək üçün 36 saylı Xətai IV seçki dairəsinin 6 saylı seçki məntəqəsinə gələrək səs verib.

Nazir bildirib ki, seçki prosesi yüksək səviyyədə təşkil olunub: "Səsvermə şəraiti yaxşıdır. Hesab edirəm ki, seçicilərin fəallığı da kifayət qədər yüksək səviyyədədir".

20
Teqlər:
Bank, Qənaət, İxtisarlar, Beynəlxalq bank, Samir Şərifov
Əlaqədar
SOCAR da Beynəlxalq Bankdan kredit götürüb
Beynəlxalq Bankın özəlləşməsi nə verəcək?
Beynəlxalq Bank "İslam Bankçılığı"nı ləğv edib
Beynəlxalq Bankdakı problemi kreditin həcmi 6 mlrd dollardan artıqdır
Avropa İttifaqının bayrağı (Aİ), arxiv şəkli

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair substantiv danışıqlara çağırdı

5
Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Jozep Borrelin mətbuat katibi Peter Stanon atəşkəsə dair üç razılaşmadan sonra Dağlıq Qarabağ və ətrafında gedən döyüşlərlə bağlı bəyanat yayıb.

BAKI, 29 oktyabr - Sputnik. Avropa İttifaqı Rusiya, Fransa və ABŞ-ın vasitəçiliyi ilə atəşkəsə dair üç razılaşmadan sonra Dağlıq Qarabağ və ətrafında döyüşlərin hələ də davam etdiyini və daha çox mülki şəxslərin hədəf alınmasını qəbuledilməz hesab edir.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Jozep Borrelin mətbuat katibi Peter Stanonun atəşkəsə dair üç razılaşmadan sonra Dağlıq Qarabağ və ətrafında gedən döyüşlərlə bağlı verdiyi bəyanatda bildirilib.

Bəyanatda, o da qeyd edilib ki, Avropa İttifaqı münaqişə tərəflərinə beynəlxalq humanitar hüquqa əsasən, mülki  şəxsləri qorumaq öhdəliklərini bir daha xatırladır.

"Avropa İttifaqı tərəfləri sonuncu dəfə 25 oktyabrda Vaşinqtonda razılaşdırıldığı kimi, gecikmədən Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair substantiv danışıqlara başlamağa çağırır", - deyə bəyanatda bildirilir.

5
Флаг Международного комитета Красного Креста, фото из архива

Qırmızı Xaç Qızıl Ayparanın könüllüsü Bərdədəki erməni terroru zamanı həlak olub

18
(Yenilənib 00:41 29.10.2020)
Ermənistan silahlı birləşmələrinin Bərdəyə raket hücumu zamanı Qırmızı Xaç və Qırmızı Aypara Cəmiyyətinin könüllüsü də həlak olub

BAKI, 28 oktyabr — Sputnik. Ermənistan silahlı qüvvələrinin Bərdəyə raket hücumu nəticəsində həlak olanlar arasında Qırmızı Xaç və Qırmızı Aypara Cəmiyyətinin könüllüsü var. 

Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Qırmızı Xaç və Qırmızı Aypara Cəmiyyətinin Avropa bürosunun rəsmi "Twitter" səhifəsində məlumat verilib. 

"Bu gün günortadan sonra Azərbaycanın Bərdə şəhərində mülki şəxslərə humanitar yardım çatdırarkən könüllülərimizdən birinin həlak olması xəbəri bizi dərindən kədərləndirdi.  

39 yaşlı ata Qırmızı Aypara Cəmiyyətinin Azərbaycandakı nümayəndəliyinin təcili mobil qrupunun əməkdaşı idi və raket hücumunda həlak olub. Humanist, xeyriyyəçilər hədəf deyil!", - Qırmızı Xaç və Qırmızı Aypara təşkilatının Avropa bürosu bildirib.

18