İŞİD-in 50-dən çox silahlısı məhv edilib

© Photo : Krystal Ardrey/U.S. Air Force via APИстребитель F-16
Истребитель F-16 - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyə sərhəddindən 5 km məsafədə yerləşən Harecele və Delha yaşayış məntəqələri ətrafına havadan zərbələr endirilib.

BAKI, 1 noy — Sputnik. Suriyada Türkiyə Hərbi Hava qüvvələrinin iştirakı ilə keçirilən əməliyyatda 50-dən artıq İŞİD terrorçusu öldürülüb daha 30 isə yaralanıb. RİA Novostinin Anadolu agentliyinə istinad verdiyi xəbərə görə, əməliyyatda Türkiyəyə məxsus altı F-16 qırıcısı iştirak edib.

Türk qırıcıları dövlət sərhəddindən 5 km məsafədə yerləşən Harecele və Delha yaşayış məntəqələri ətrafına zərbələr endirib. Zərbələr nəticəsində terrorçuların səkkiz obyekti məhv edilib.

Xəbər lenti
0