CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ölkəyə qanunsuz olaraq külli miqdarda zinət əşyası gətirmək istəyib

© publika.azDövlət Gömrük Komitəsi
Dövlət Gömrük Komitəsi - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan gömrükçüləri ölkəyə qanunsuz olaraq gətirilən külli miqdarda zinət əşyalarını aşkar edib.

BAKI, 28 okt — Sputnik. Azərbaycan gömrükçüləri ölkəyə qanunsuz olaraq gətirilən külli miqdarda zinət əşyalarını aşkar edib.

Bu barədə Spuntik-ə məlumat Dövlət Gömrük Komitəsindən verilib.

Komitədən bildirilib ki, Moskva-Bakı aviareysilə gələn Rusiya Federasiyasının vətəndaşı Mübariz Nağıyev gömrük nəzarətindən keçərkən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən onun əl çantası rentgen aparatı vasitəsilə yoxlanılıb və monitorda zərgərlik məmulatlarına bənzər əşyaların təsvirləri görünüb.

Təkrar yoxlama zamanı həmin çantanın içərisindən Nağıyevin gömrük nəzarətinə təqdim etmədiyi, bəzilərinin üzərində qaşlar olan 7 cüt sırğa, 6 ədəd üzük, 9 ədəd boyunbağı, 2 ədəd qolbaq və 4 ədəd kulon aşkar olunub.

Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, ekspertizaya təqdim edilən həmin əşyalar ümumi çəkisi 167,60 qram olan və 585 əyarlı qızıldan hazırlanmış zərgərlik məmulatlarıdır.

Bundan başqa, Dubay-Bakı aviareysilə gələn Azərbaycan Respublikasının vətəndaşı Kamilə Abdurəhimovaya məxsus əl çantası da rentgen aparatı vasitəsilə yoxlanılarkən monitorda zərgərlik məmulatlarına bənzər əşyaların təsvirləri qeydə alınıb.

Təkrar yoxlama zamanı həmin çantanın içərisindən isə Abdurəhimovanın gömrük nəzarətinə təqdim etmədiyi, bəzilərinin üzərində qaşlar olan 12 ədəd boyunbağı, 4 ədəd qolbaq, 10 ədəd kulon və 2 ədəd üzük aşkar edilib.

Daha sonra Abdurəhimovanın üzərində keçirilən şəxsi yoxlama zamanı ondan gömrük nəzarətinə təqdim etmədiyi, bəzilərinin üzərində qaşlar olan 10 cüt və 1 ədəd sırğa, 1 ədəd sırğa və üzük dəsti, 1 ədəd sırğa və kulon dəsti aşkar olunub.

Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, ekspertizaya təqdim edilən həmin əşyalar ümumi çəkisi 215,97 qram olan və 750 əyarlı qızıldan hazırlanmış zərgərlik məmulatlarıdır.

Hər iki faktla bağlı təhqiqat aparılır.

Xəbər lenti
0