Daxili işlər naziri Ramil Usubov

Ramil Usubov polis rəisini işdən çıxarıb

144
(Yenilənib 10:26 22.10.2015)
Polis polkovnik-leytenantı Ülvi Məmmədov tutduğu vəzifədən azad edilərək sərəncama götürülüb. Onun yerinə hələlik təyinat yoxdur.

BAKI, 22 okt-Sputnik. Bakıda daha bir polis rəisi işdən çıxarılıb.

Sputnik APA-ya istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov əmr imzalayıb. Əmrə əsasən, Sabunçu rayon Polis İdarəsi 12-ci Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Ülvi Məmmədov tutduğu vəzifədən azad edilərək sərəncama götürülüb. Onun yerinə hələlik təyinat yoxdur.

Son günlər Bakıda bir sıra polis bölmələrinin rəisləri dəyişdirilib.

144