Həbs edilmiş qadın

Ankaradakı terrora görə həbslər artır

26
Digər şübhəlilərin xarici ölkələrə getməsinə qadağa qoyulub.

BAKI, 19 okt – Sputnik. Oktyabrın 10-da Türkiyənin paytaxtı Ankarada təşkil edilən terrorda şübhəli bilinən 11 nəfərdən 4-ü həbs olunub. 

Digər 7 nəfərin isə xarici ölkələrə getməsinə qadağa qoyulub. Hadisə ilə bağlı polis bölməsinə gətirilən şübhəlilərdən imzalar alınıb. 

Məhkəmə digər 9 şübhəlinin tutulması ilə bağlı da qərar çıxarıb.

Baş prokurorluq şübhəlilərdən 6-nı həbs etmək tələbi ilə məhkəməyə müraciət edib. 

Bu ayın 10-da Ankarada törədilən terror aktında 102 nəfər dünyasını dəyişmişdi.

26
Mövzu:
Türkiyədə terror dalğası (18)
Кинолента, фото из архива

Avetisyanın filmi Moskva Beynəlxalq Kino Festivalının proqramından çıxarılıb

28
(Yenilənib 13:38 30.09.2020)
Festivalın rəhbərliyi tərəfindən nazirliyə daxil olan rəsmi müraciətdə filmin müsabiqədənkənar proqramdan çıxarıldığı, eləcə də festivalın rəsmi saytından silindiyi bildirilib

BAKI, 30 sentyabr — Sputnik. Erməni rejissor Civan Avetisyanın "Cənnətin qapısı" ("Gate to heaven") filmi 42-ci Moskva Beynəlxalq Kino Festivalının "Dünyadan filmlər" adlı müsabiqədənkənar proqramından çıxarılıb.

Sputnik Azərbaycan xəbər verir ki, bunun üçün Azərbaycan Mədəniyyət Nazirliyi tərəfindən müvafiq addım atılıb.

Festivalın rəhbərliyi tərəfindən nazirliyə daxil olan rəsmi müraciətdə filmin müsabiqədənkənar proqramdan çıxarıldığı, eləcə də festivalın rəsmi saytından silindiyi bildirilib.

Eyni zamanda, Azərbaycan rejissoru İsmayıl Səfərlinin "Balıqçı qızı" bədii filmi bu il 42-ci Moskva Beynəlxalq Kino Festivalının əsas proqramına salınıb və festivalda Azərbaycanı təmsil edəcək.

Qeyd edək ki, oktyabrın 1-dən 8-dək keçiriləcək 42-ci Moskva Beynəlxalq Kino Festivalının "Dünyadan filmlər" adlı müsabiqədənkənar proqramına erməni rejissor Civan Avetisyanın "Cənnətin qapısı" ("Gate to heaven") adlı bədii filmi də daxil edilmişdi.

ABŞ, Fransa, İtaliya, Çexiya, Bolqarıstan, Almaniya və Litvadan da kinematoqrafçıların cəlb olunduğu bildirilən filmdə erməni rejissor, öz ənənəvi xislətlərinə sadiq qalaraq, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tarixi saxtakarlıq və yalan üzərində qurulan bir kinosüjeti tamaşaçılara təqdim edir. Hadisələri Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ ərazisində cərəyan edən filmin yaradıcıları bununla bir daha kinematoqrafdan məqsədli şəkildə təbliğat müharibəsində alət kimi yararlandıqlarını göstərirlər. Erməni tərəfi əvvəllər də bu qəbildən filmlər çəkərək, xaricdəki lobbisinin dəstəyi ilə müxtəlif ölkələrdə nümayiş etdirib.

28
Teqlər:
Mədəniyyət Nazirliyi, Moskva, kinofestival, film, erməni təxribatı, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi
Əlaqədar
Azərbaycanda "Diriliş Ərtoğrul"un yayımına başlanılır
Azərbaycanlı rejissorun filmi məşhur festivalın ilk turunu uğurla keçib
Azərbaycanlı rejissorun filmi "Qızıl Mükafat" alıb
Fransanın azadlığı uğrunda döyüşlərdə iştirak etmiş həmyerlimiz haqqında film çəkilib
Filmimiz MDB ölkələrinin kinoprokatına çıxacaq

Çavuşoğludan Makrona sərt cavab: "Bu günədək Ermənistanı dəstəkləməkdən başqa etdiniz?

32
(Yenilənib 13:38 30.09.2020)
Türkiyənin Xarici İşlər Naziri: "Minsk qrupunun həmsədr ölkələrinə (Fransa, ABŞ və Rusiya) Ermənistan, yoxsa Azərbaycan dedikdə, Ermənistanı seçirlər, ona dəstək verirlər. Makronun da açıqlaması bunu göstərir".

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 30 sentyabr — Sputnik. "Cənab Makron bu günə qədər Ermənistanı dəstəkləməkdən başqa nə etdiniz? Siz də Minsk Qrupunun həmsədr ölkəsisiniz". Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Fransa Prezidenti Emmanuel Makronun Türkiyənin Qarabağla bağlı bəyanatına dair şərhinə münasibət bildirərkən qeyd edib.

Çavuşoğlu Makronu dürüst olmağa çağırıb: 

"Cənab Makron bu günə qədər Ermənistanı dəstəkləməkdən başqa nə etdiniz? Siz də Minsk Qrupunun həmsədr ölkəsisiniz. Minsk qrupunun həmsədr ölkələrinə (Fransa, ABŞ və Rusiya) Ermənistan yoxsa Azərbaycan dedikdə, Ermənistanı seçirlər, ona dəstək verirlər. Makronun da açıqlaması bunu göstərir. Bizim qardaş ölkə üçün açıqlamamızın harası təhlükəlidir? Sən də dürüst şəkildə çıx de ki, Ermənistan Azərbaycanın torpaqlarını işğal edib və buradan geri çəkilməlidir. De ki, bununla bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələri var və mən də bu BMT Təhlükəsizlik Şurasının daimi üzvüyəm. Dürüst davransın, biz də onu təbrik edək".

Qeyd edək ki, daha əvvəl Fransa Prezidenti Emmauel Makron Türkiyənin Dağlıq Qarabağla bağlı bəyanatını düşünülməmiş və təhlükəli adlandırıb.

32