Ankaralı Namık

Türkiyədə tanınmış müğənni intihar edib

77
(Yenilənib 10:27 19.10.2015)
“Ankaralı Namık” ləqəbi ilə məşhurlaşan Namık Uğurlu özünü 7-ci mərtəbədən ataraq, öldürüb.

BAKI, 19 okt — Sputnik. Türkiyədə tanınmış müğənni intihar edib.

Türkiyə mətbuatının xəbərinə görə, “Ankaralı Namık” ləqəbi ilə məşhurlaşan Namık Uğurlu özünü 7-ci mərtəbədən ataraq, öldürüb. Müğənninin son zamanlar maddi çətinlik çəkdiyi, bu səbəbdən depressiyaya düşdüyü bildirilir.

Uşaq yaşlarında saz çalmağı öyrənən, kazinolarda çıxış edən “Ankaralı Namık” onlarla mahnının müəllifidir.

77