Energetika Nazirliyi Natiq Əliyevin dediyini təkzib etdi

© AZƏRTACминистр промышленности и энергетики Азербайджана Натиг Алиев
министр промышленности и энергетики Азербайджана Натиг Алиев - Sputnik Azərbaycan
Abunə olmaq
Energetika Nazirliyi noyabrın 1-dən etibarən enerji daşıyıcılarının qiymətinin 20% qalxması ilə bağlı yayılan xəbərləri təkzib edib.

BAKI, 16 okt-Sputnik. Energetika Nazirliyi noyabrın 1-dən etibarən enerji daşıyıcılarının qiymətinin 20% qalxması ilə bağlı yayılan xəbərləri təkzib edib.

Sputnik xəbər verir ki, News-365.ru xəbər portalı Energetika naziri Natiq Əliyevə istinadən 2015-ci il noyabrın 1-dən etibarən ölkədə istilik və elektrik enerjisinin tarif qiymətlərinin 20% qalxacağı haqda məlumat yayıb.
Sputnik-in sorğusuna nazirlik rəsmi cavab verib.

Cavabda Energetika Nazirliyinin mətbuat xidməti news-365.ru xəbər portalının yaydığı, bu ilin noyabrın 1-dən etibarən guya ölkədə istilik və elektrik enerjisi tariflərinin artırılacağı barədə Azərbaycan Respublikasının Energetika naziri Natiq Əliyevin adından verilmiş məlumata münasibət bildirib.
Mətbuat xidmətinin açıqlamasında bildirilir ki, bu məlumat həqiqətə uyğun deyil və heç bir mənbəyə əsaslanmır. Azərbaycan Respublikasının Energetika naziri Natiq Əliyev heç bir müsahibə, yaxud çıxışında belə bir bəyanat verməyib.

"Kütləvi informasiya vasitələrini peşəkarlıq prinsiplərinə zidd olan təxribat xarakterli bu cür qeyri-ciddi məlumatlarla cəmiyyətdə çaşqınlıq yaratmamağa çağırırıq" —deyə Nazirliyin açıqlamasında qeyd edilir.

Xəbər lenti
0