Pentagon Sözcüsü Peter Cook

Kürd qruplaşmaları ABŞ-ın Suriyaya atdığı silahları ələ keçirib

29
(Yenilənib 10:10 16.10.2015)
Pentaqon ABŞ-ın Suriya müxalifətinə silah göndərməyə davam edəcəyini açıqlayıb.

BAKI, 16 okt-Sputnik. Kürd silahlıları ABŞ təyyarələrinin Suriya ərazisinə atdığı silah-sursatın bir hissəsini ələ keçirib.

Sputnik xəbər verir ki, bu barədə Pentaqonun rəsmi nümayəndəsi Piter Kuk bildirib.

"Bildiyimə görə, silah-sursatın çox hissəsi Suriya ərəb qüvvələrinin, müəyyən hissəsi isə kürdlərin əlinə keçib" — Kuk deyib.

Kuk ABŞ-ın İŞİD-lə mübarizə çərçivəsində Suriya müxalifətinə dəstəyini hazırkı mərhələdə və gələcəkdə davam etdirmək niyyətində olduğunu bir daha təsdiqləyib.

Bundan əvvəl KİV-lər ABŞ-ın hərbi yük təyyarəsinin Suriyanın mötədil müxalifətinə 50 ton silah-sursat çatdırdığını bildirmişdilər.

29