CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Baş redaktor istefa verdi

© SputnikTaleh Şahsuvarlı - "Gündəlik Teleqraf" qəzetinin baş redaktoru
Taleh Şahsuvarlı - Gündəlik Teleqraf qəzetinin baş redaktoru - Sputnik Azərbaycan
Abunə olmaq
Deputat olandan sonra qəzetdə fəaliyyətini davam etdirəcək.

BAKI, 8 okt-Sputnik. 16 saylı Yasamal İkinci Seçki Dairəsindən deputatlığa namizədliyi qeydə alınan jurnalist, sosioloq Taleh Şahsuvarlı "Gündəlik Teleqraf" qəzetinin şef-redaktoru vəzifəsindən istefa verib.

Sputnik xəbər verir ki, bu barədə məlumatı baş redaktor təsdiqləyib.
O həmin qəzetdə "Gündəlik Teleqraf" MMC yarandığı gündən bəri çalışırdı.
İstefası ilə bağlı açıqlama verən T.Şahsuvarlı bildirib ki, o, bu addımı Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq atıb: "Səsvermənin nəticələrindən asılı olmayaraq 1 noyabrdan sonra "Gündəlik Teleqraf" qəzetində öz fəaliyyətimi davam etdirəcəm."

Deputatlığa qeydə alınmış namizəd diqqətini təbliğat-təşviqat işlərinə yönəldəcək.

Taleh Şahsuvarlı 10 mart 1977-ci ildə —ci ildə anadan olub. Bakı Dövlət Universitetinin tarix fakültəsinin və Yasamal rayonundakı 20 saylı orta məktəbin nəzdində təşkil olunmuş Respublika Tarix Litseyini ekstern yolla bitirib. Bakı Dövlət Universitetinin sosial elmlər və psixologiya fakültəsində ali təhsil alıb. 1995-ci ildən jurnalistika sahəsində çalışır. Azərbaycanda müstəqil tələbə qəzetinin naşiri, mətbuat tarixində ən gənc qəzet baş redaktoru olub. Azərbaycanın tanınmış siyasi analitikidir. "Seçki mübarizəsi" adlı elmi monoqrafiyanın və bir sıra digər kitabların müəllifidir. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

Xəbər lenti
0